XƏBƏRLƏR

19.09.2019 09:30
Ceyhun Bayramov İsmayıllı şəhərində vətəndaşları qəbul edəcək  

Təhsil naziri Ceyhun Bayramov 27 sentyabr 2019-cu il tarixində saat 10:00-da İsmayıllı şəhərindəki Heydər Əliyev Mərkəzində mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin 2019-cu ilin sentyabr ayında şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq, İsmayıllı və Ağsu rayon sakinlərini qəbul edəcək. Qəbulda İsmayıllı və Ağsu rayonlarında müvəqqəti məskunlaşmış məcburi köçkünlər də iştirak edə bilərlər.

AzEdu.az xəbər verir ki, qəbula gəlmək istəyən vətəndaşlar 18-24 sentyabr (saat 18:00-dək) 2019-cu il tarixlərində Təhsil Nazirliyinin Telefon Məlumat Mərkəzinin 146-1 nömrəli telefonuna (“Qaynar xətt” xidməti) zəng etməklə və ya nazirliyin rəsmi saytının “Vətəndaşların qəbulu” bölməsinə daxil olmaqla (http://edu.gov.az/az/contacts/request) elektron qeydiyyatdan keçə bilərlər.

Qeydiyyatdan keçmiş vətəndaşlardan xahiş olunur ki, qəbula gələrkən aidiyyəti məsələləri dolğun ifadə edən ərizə ilə müraciət etsinlər.

İlin gənc müəllimi-Müraciət formu