Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-09-16 10:25:00
İnamın əlindən tutub gələcəyə addım atanlar- İlk qədəmlərin "FOTOSİMFONİYASI"

Azərbaycanda 15 sentyabr tarixi Bilik günu kimi qeyd olunur.

AzEdu.az xəbər verir ki, bu gün 2004- cü ilə qədər sentyabrın 1- nə təsadüf edirdi. Lakin prezident İlham Əliyevin 21 avqust 2004- cu il tarixli fərmanına əsasən Azərbaycanın bütün təhsil müəssələrində dərslərin 15 sentyabrdan başlanması qərara alınıb və beləliklə həmin gün bilik günü kimi qeyd olunub. Ümumiyyətlə tarix boyu elmə, biliyə yiyələnmək şərəfli iş hesab olunur.

Müəllim əməyinin nəticəsində formalaşan cəmiyyətdə savadli, bilikli, geniş dünya görüşlü, nümunəvi əxlaqa malik insanlar yetişir. Bu insanlar isə cəmiyyəti dahada inkişaf etdirirlər. Bilik günü məktəb həyatına qədəm basan birincilər üçün səbirsizliklə , sevinc və həyacanla gözlənilən , xüsusi qayği və məmnuniyyətlə , təntənəli şəkildə qarşılanacaqları bir gündür. Onlar əlifba ilə tanış olub , kitablar oxuyub , şeirlər əzbərliyəcək və beləcə ilk zəngin sədası ilə yeni həyata məktəb həyatına qədəm qoyacaqlar.

Son illərdə Azərbaycan təhsili yeni inkişaf dövrünə qədəm qoyub. Prezident İlham Əliyevin qayğısı , Heydər Əliyev fondunun həyata keçirdiyi layihələr ulu öndərin təhsil siyasətinin ugrlu davamının göstəricisidir. Bir faktı xatırlatmaq kifayətdir ki, ölkəmizdə təhsil sisteminin bütün pillələri üzrə dövlət proqramları uğurla həyata keçirilir. Azərbaycan təhsilində ən uğurlu nəticələrdən biri məktəb tikintisinin geniş vüsət almasıdır.

Xatırladaq ki, rəsmi məlumata görə, 2019-2020-ci tədris ilində orta məktəblərdə 1 525 016 şagird təhsil alacaq. Şagirdlərdən 714 259-u qız, 810 757-si isə oğlandır. IX sinfində 122 043, XI sinfində isə 82 782 şagird oxuyacaq.  Ölkənin ümumi təhsil müəssisələrinin I sinifində 164 234 şagird təhsil alacaq.   

Hazırda Azərbaycanda 322 ibtidai məktəb, 3 307 tam orta məktəb, 795 ümumi orta məktəb, 16 xüsusi tipli ümumi orta məktəb və 7 əyani-qiyabi (axşam) tam orta məktəb, o cümlədən 59 məktəb-lisey, 49 lisey, 15 gimnaziya və 14 inteqrasiya təlimli internat tipli gimnaziya olmaqla, ümumilikdə 4 447 məktəb fəaliyyət göstərir.

 

FOTO: İsmət PAŞA