XƏBƏRLƏR

10.09.2019 15:40
Dərs Evi maksimal bal toplayan şagirdinə 1 illik təqaüd verdi!  

5 il ərzində Mərkəz universitetlərə daxil olmaq üçün 1000-dən çox abituriyent hazırlayıb. 

AzEdu.az xəbər verir ki, dərs Evi 8-11-ci sinif şagirdlərinin Dövlət İmtahan Mərkəzinin keçirdiyi buraxılış və qəbul imtahanlarına hazırlanmasında, eləcə də İngilis dilinin tədris edilməsində və SAT və IELTS beynəlxalq imtahanlarına hazırlıqda ixtisaslaşmışdır. 

Şagirdlərin hazırlığında onların psixoloji durumlarına, motivasiyasına və stressin idarə olunmasına, peşə seçiminin düzgün aparılmasına xüsusi diqqət yetirilir, bunun üçün də Mərkəzdə xüsusi "İxtisas seçimi" testi keçirilir. Dərs Evi-nin bütün dərsləri Amerika və İsrail mütəxəssisləri tərəfindən hazırlanmış unikal üsullarla tədris olunur. Bu təcrübə Dövlət İmtahan Mərkəzinin tələblərinə uyğun olaraq yerli proqram üçün uyğunlaşdırılmışdır.

Dərs Evi çərçivəsində fəaliyyət göstərən GET - xaricdə təhsil mərkəzi azərbaycanlı tələbələrə ABŞ, Kanada, Böyük Britaniya, Avstraliya, Avropa və Asiyadakı məktəb və universitetlərdə təhsil almaq üçün ümumən 250.000 ABŞ dolları məbləğində təqaüdün verilməsinə artıq nail olmuşdur. 

Bu il keçirilən qəbul imtahanlarında Mərkəzin tələbələri arasında ən çox bal toplamış Aysel Ağayeva 1000 manat dəyərində illik təqaüdlə mükafatlandırılmışdır. İkinci ən yaxşı nəticə göstərən Emin Əlizadəyə Dərs Evi-nin komandası tərəfindən kompüter hədiyyə edilmişdir. Həmçinin 600-dan artıq bal toplamış və imtahanlara hazırlaşmaqda ən çox çalışqanlıq göstərən digər abituriyentlərə də hədiyyələr verildi. Belə ki, Dərs Evi sayəsində Firuzə Əzizova əvvəl göstərdiyi nəticəni 583 bal, Niyaz Ağayev isə 514 bal yüksəltmişdir. 

Tələbələr və onların valideynləri Mərkəzin işçilərinə öz minnətdqarlıqlarını bildirirlər. Emin Əlizadənin anası Nigar xanımın dediyinə görə, o, oğlunun Dərs Evi-ndə hazırlaşdığı iki il ərzində Mərkəzin işində qüsur axtarsa da, heç bir nəticə əldə edə bilməmişdir.

Açılış mərasimində tələbə, valideyn və məktəb direktorları ilə birgə Dərs Evi-nin dostları və tərəfdaşları iştirak edirdi. Fəxri qonaq qismində ADA Universitetinin prorektoru Gülnur İsmayıl və biznes-təlimçi Elçin Əzimli dəvət olunmuşdu. Onlar qeyd etdilər ki, yeni dəyərlər sistemində tələbələrə nəinki bilik, həm də innovativ öyrənmə bacarıqları verilməlidir və açıldığı ilk gündən Dərs Evi bu işin öhdəsindən uğurla gəlir. 

Açılış mərasiminin sonunda Mərkəzin rəhbəri Pavel Belorusskiy qeyd etdi ki, hədiyyələr yalnız Dərs Evi-nin məzunlarını deyil, Nərimanov filialının yeni abituriyentlərini də gözləyir – yeni filialda qeydiyyatdan keçən bütün iştirakçılara bütün fənlər üzrə bir ay ödənişsiz dərs hədiyyə olunacaq. 

Tələsin, yerlərin sayı məhduddur.

Dərs Evinin ünvanları: Nərimanov filialı – Təbriz küçəsi 85 D; Yasamal filialı – Hüseyn Cavid pr. 87.
Tel: *3377

İlin gənc müəllimi-Müraciət formu