Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-09-05 16:45:19
Təhsil naziri təlimləri izləyib

Təhsil naziri “Məktəblinin dostu” və “STEAM Azərbaycan” layihələri üzrə keçirilən təlimləri izləyib.

 

AzEdu.az xəbər verir ki, sentyabrın 4-də Təhsil naziri Ceyhun Bayramov Təhsil İnstitutunun Təhsil Texnologiyaları Mərkəzində olub. Təhsil naziri mərkəzdə “Məktəblinin dostu” və “STEAM Azərbaycan” layihələri üzrə keçirilən təlimlərin gedişini izləyib, təlimçi və iştirakçılarla görüşüb.

Hər iki layihə barədə Təhsil nazirinə ətraflı məlumat verilib.

Qeyd edək ki, “Məktəblinin dostu” layihəsi üzrə təlimlər sentyabrın 11-dək, “STEAM Azərbaycan” layihəsi üzrə təlimlər isə bu ayın 14-dək davam edəcək.