Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-09-04 16:30:00
Tanınmış yazardan maraqlı təklif: “Azərbaycanda universitet fondları yaradılsın”

Ölkəmizdə Universitetlərin məzun Assosiasiyalarının və eyni zamanda Universitet Fondlarının yaradılması üçün kifayət qədər münbit şəraiti var.

AzEdu.az xəbər verir ki, bu sözləri  biznes mentor, hüquq üzrə fəlsəfə doktoru, dosent, işgüzar inkişaf yazarı Nadir Adilman deyib.

O, ali məktəblərin məzun assosiasiyaları haqqında düşüncələrini ifadə edib:

“Ali məktəblərin məzun assosiasiyaları bu məktəblərə qəbul olub, təhsil haqqı ödəyə bilməyən tələbələrə dəstək üçün gözəl bir platforma olardı. Həm də hər bir məzun ayda çox kiçik  məbləği il ərzində assosiasiyanın bank hesabına köçürməklə bu işdə iştirak edərdi. Bildiyim qədər bizdə ali məktəblərin məzun assosiasiyaları yoxdur. 

Eyni zamda universitetlərin adlarına bağlı rəsmi Fondları da mən bildiyim qədər ilə mövcud deyil. Yeni tədris ili başladığı üçün ali məktəblərin fondlarının da yaranması müzakirə mövzusu ola bilər. Məsələn "XXX Universiteti Fondu". Bu fondlar dəstəklər, dotasiyalar, qrantlar, ianələr ala bilər. Həm elmi tədiqqat üçün maliyyə resursları inkişaf edər, həm də təhsilin keyfiyyətinin artırılması, tələbələrin təşəbbüsləri, tələbələrin innovativ startap layihələrinə vəsaitlərin xərclənməsinə zəmin yarada bilər. Biz ideal məzun istəyirik, amma bu ideal məzunun təhsil müddətində onun təcrübədə edə biləcəyi səhvlər üçün poliqon yarada bilmirik. Kim deyir ki, tələbə oxuduğu müddətdə ixtisas inkişafında səhvlər etməməlidir ? Əlbəttə ki, etməlidir. "Təcrübəli mütəxəssis" çoxlu səhvlər üzərindən öyrənən şəxslərə deyilir. Çünki bu şəxs çoxlu səhvlər edə - edə kifayət qədər təcrübə toplayıb. Biz də tələbələrin istər laborator, istərsə də istesalat təcrübəsi üçün səhvləri üzərində öyrənə biləcəyi bir platformaya da malik olmalıyıq. Və bu cür assosiasiyalar və fondlar bu işlər üçün çox mükəmməl bir imkan olardı. Məslən, istedalı tələbələrə məzun olan ixtisaslı mütəxssislər mentorluq da edə bilər. 

Eyni zamanda, istər məzun assosiasiyaları və istərsə də ki, universitet fondlarının yaranması universitetlərimizin beynəlxalq reytinq cədvəllərindəki yerlərinə, universitet həyatında şəfafflıq  və ictimai iştirakçılığa da mühüm şərait yaradardı.  

Fondların və istərsə də məzun assosiasiyaların yaranması və şəffaf idarəçiliyi universitetlərin həyatında ictimai iştirakçılığı da canlandırmaqla yanaşı, tələbələrin yeni ideya və təşəbbüsləri üçün də bir motivasiya bazası rolunu oyanaya billər. 

Müxtəlif sektorları təmsil edən, və bir zamanlar müxtəlif universitetlərin məzunları olan şəxslər təbii ki, müxtəlif ianələrlə bu fondlar və assosiasiyalara dəstək olacaqlarına da əminəm. Bu gün keçmiş məzunları bitirdikləri ali təhsil müəsissələrinə bağlayan səbəblərin sayı çox azdır. Düşünürəm ki, keçmiş məzunları universitetlərə bağlayan səbəblərin də sayı bu yolla çoxalacaqdır. Məzunlar tələbə olduqları zamanda olduğu kimi universitetlərin həyatında məzun olduqdan sonra da rol oynaya bilərlər. Həm də, təbii ki, könüllü əsaslarla. Məsələn, mən bir çox sənət adamı tanıyıram ki, onlar istedadlı gənclərin işgüzar inkişafına investisiya etmək istəyirlər. Amma necə sualı yaranda ortaya mürəkkəb məsələlər çıxır. Amma deyək ki, məsələn gəlirləri normal olan bir müğənni istedadlı bir vokalçımız və yaxud da vokal sənətinin inkişafı üçün ixtiasaslaşan ali təhsil müəsissələri fonduna ciddi bir məbləğdə ianə edə bilər. 

Və yaxud da deyək ki, tibb biznesi ilə məşğul olan bir şəxs könüllü olaraq tibb ixtisası üzrə yaradılan bir təhsil fonduna dəstək ola bilər. Yəni bunu bütün ixtisaslar üzrə nəzərdən keçirsək, bu prosesdə iştirak etmək istəyən minlərlə vətəndaşlar var.

Eyni zamanda, bu sahədə vətəndaş məsuliyyəti də önə çıxr. Digər bir tərəfdən isə hər bir universitein özünün fondu və məzun assosiasiyasının yaradılması təhsil sektorunda rəqabəti artırmaqla yanaşı, bu sahədə olan xeyriyyəçilik, vətəndaş iştirakçılığını daha şəffaf, ölçülə bilən və eyni zamanda ictimai nəzarət edilə bilən bir formaya gətirəcək. Təbii ki, proseslərin üzərində dövlət nəzarəti də təmin edildikdən sonra çox sağlam bir mühit formalaşdırmaq olar.

Hesab edirəm ki, bu işə Univesitetlər özləri təşəbbüs edib başlamalıdır. Məncə bu sahədə heç bir müdaxilə və yaxud da problem yoxdur. Universitetləri məhşur edən onun məzunları və fondlarıdır. Nəzərə almaq lazımdır ki, universitetlərin də kifayət qədər ciddi xərcləri var, onlar professor və müəllim heyətinə çox yaxşı məvacib verməlidirlər. Eyni zamanda hər şeyi dövlətdən gözləmək də düzgün deyil, vətəndaş təşəbbüsləri də olmalıdır. Dövlət onsuz da öz məsuliyyətini başa düşür. Amma öz məsuliyyətini başa düşən vətəndaşların bu prosesdə iştirakının necə təmin olunması ? Bax bu sualdır. Bu suala isə universitetlər cavab tapmalıdır. 

Təbii, onunla da razıyam ki, əgər bu fondlar və məzun assosiasiyaları ciddi bir reputasiyaya malik olmayacaqsa, onlar işlək bir mexanizm olmayacaqlar. Amma bu təsisatların vacibliyini başa düşərək qeyd etmək istərdim ki, hər iki təsisatın qurulması entuziazmlı və bacarıqlı gənclərə tapşırılsa sizi əmin edirəm ki, bu sahədə çox ciddi bir dönüşün şahidi olacağıq. 

Eyni zamanda, nəhayət ki, universitetlər öz məzunları ilə görüşmək üçün daha ciddi platformalar hazırlayacaqlar. 

Beynəlxalq təcrübədə universitet fondları və assosiasiyalar universitetlərin inkişafında müstəsna rol oynayır. 

Fondları və assosiasiyaları olan universitetlər nəinki təhsil haqqı ödənişi kimi problemlərlə qarşılaşır, hətta təhsil xərclərini təqaüd formasında qarşılayırlar.

Eyni zamanda, cəmiyyətin və ictimaiyyətin də təhsilin inkişafında öz  töhfələrini verəcək. Təbii ki, mən də vətəndaş olaraq öz məsuliyyətimi başa düşərək, istənilən universitetə bu assosiasiyaların və fondların yaradılması ilə bağlı könüllü olaraq mentor dəstəyi verə bilərəm. Hətta bu assosiasiyaların və fondların fəaliyyət müddətində də könüllü olaraq mən də daxil bu fond və assosiasiyalara ianələr etmək üçün hazır olan minlərlə şəxs tanıyıram. 

İnsanlar dəstək olmaq istəyir, amma dövlət siyasəti çərçivəsində və qanunla müəyyən edilmiş formada fəaliyyət göstərən təşkilatlar vasitəsi ilə dəstək olmaq daha yaxşıdır. Həm də bu sahədə dövlətin də məlumatlı olduğu real mexanizmlər yaranacaq. Zatən hər kəsin də istədiyi budur. 

Xüsusən də nəzərə almaq lazımdır ki, Cənab Prezident İlham Əliyevin qarşıya qoyduğu təhsil islahatları, təhsil siyasətinin çox ciddi şəkildə və yüksək səviyyədə icra edilməsində iştirak edən Təhsil nazirimiz də daxil olmaqla nazirliyin çox peşəkar, müasir trendləri tətbiq edən və çox ciddi təhsil islahatlarına imza atan gözəl komandası var. Yəni belə baxanda hər kəsin istədiyi bir məsələdə, yetər ki, məncə, ali təhsil müəsissələri təşəbbüs edib keyfiyyətli bir nəticə ortaya qoysun”.

Şükufə Süleymanlı
Müəllifin digər yazıları