XƏBƏRLƏR

31.08.2019 16:10
Çin kosmosa iki peyk göndərdi

Avqustun 31-də Çin “Kuayçjou-1A” raketdaşıyıcısı ilə kosmosa iki peyk göndərib.

Bu barədə Çinin Mərkəzi televiziyası məlumat yayıb.

Məlumata görə raketdaşıyıcı ölkənin şimal-qərbində yerləşən Qansu əyalətinin Tszyuan kosmodromundan orbitə buraxılıb. Kosmik aparatlardan biri mikroqravitasya eksperimental peyki, digəri isə “Syaosan-1-07” elmi-tədqiqat aparatıdır.

Bu, “Kuayçjou-1A” raketdaşıyıcısının kosmosa üçüncü buraxılışıdır.

Xatırladaq ki, ÇXR meteoroloji, telekommunikasiya, naviqasiya peyklərini orbitə göndərməklə öz kosmik proqramını inkişaf etdirir. Bununla yanaşı, çinli alimlər 2020-2025-ci illərdə asteroidlərin və Marsın tədqiqi üzrə geniş proqramı da həyata keçirəcəklər.(AZƏRTAC)

 

İlin gənc müəllimi-Müraciət formu