Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-08-12 13:05:00
Tanınmış dinşünas alimdən peyğəmbərin qurban kəsmək epizodu ilə bağlı daha qalmaqallı açıqlama

Tanınmış dinşünas alim Nəriman Qasımoğlunun İbrahim peyğəmbərin qurban kəsmək  epizoduilə bağlı dünənki AÇIQLAMASI birmənqalı qarşılanmadığından, o, bu gün məsələyə yenidən qayıdıb
AzEdu.az-ın məlumatına görə, N.Qasımoğlu deyib: 
İbrahim peyğəmbərin qurban epizoduna aid ötən statusumdakı mülahizələr ümumən bəyənilsə də, bəzi ənənəvi düşüncə sahiblərində müəyyən fikir etirazı doğurub. Bunu nəzərə alaraq daha geniş açıqlamanı təqdim edirəm. 
Müvafiq ayələrin hərfi tərcüməsi: “...Oğlum, yuxuda görurəm boğazını uzurəm. Bax, görəsən, bu nə ola?” Dedi: “Atacan, sənə nə əmr edilirsə, yetir yerinə. Tanrı istərsə görəcəksən, götürümlü kimsələrdənəm”. Hər ikisi təslim etdi ozunu. Oğlunun alnını yerə dirəyən anda səslədik onu: “Ey İbrahim, yuxunu təsdiqlədin. Beləcə əvəz veririk gozəl davrananlara. Bu, hec şəksiz, aşkar sınaqdır ki var!” Suc bahası qıldıq ona böyuk bir qurbanlığı”.
1. Tanrı iradəsi ilə peyğəmbərlərə aid baş verən bütün epizodlarda onlara vəhy verilməsi vurğulanır. Bu epizodda vəhy söhbəti yoxdur, adicə yuxudur. 
2. İbrahimlə oğlu yuxuda görüləni vəhy olmadan Tanrı əmri kimi qəbul edirlər. Və bu səbəbdən təslimiyyət halını daxil olurlar.
3. İbrahim Tanrı əmrinə itaətini sübut üçün yuxuda gördüyünü həyata keçirmək istəyir və bununla da yuxusunu əməldə təsdiqləyir. Məlum epizodda İbrahimə aid vəhy məhz bu məqamda, təslimiyyət məqamında səslənir və bir daha vurğulayım, məlum yuxuda “övladının başını kəs” deyə Tanrı vəhyi səslənmir.
4. İbrahim oğlunun ölümdən xilasına səbəb hər ikisinin təslimiyyət halını yaşamasıdır, Tanrıya təslimiyyət halını.
5. İbrahim Tanrıya təslimiyyət halında olduğuna görədir ki, gözəl davranışdır, mükafatlandırılır. Nə ilə? İbrahim övladının xilası ilə.
6. Baş verən sınaqdır. Tanrı istəyilə baş tutan sınaq yox, Tanrı nəzarətində olan sınaq, çünki hər ikisi təslimiyyət halında olanda Tanrı ilə gerçəkdən təmasa daxil olurlar. OXU (Quran-red.) ayələrində keçən “imtahan” sözünün işləndiyi epizodları bir-bir təkrar nəzərdən keçirdim. Bunların hər birində imtahanın – istər inananlar üçün olsun, istər dananlar – Tanrı istəyilə baş verdiyi birmənalı və açıqca vurğulanır. Təkcə bir ayədə, İbrahimlə bağlı yuxarıdakı epizoda aid ayədə bunun Tanrı istəyincə olması açıqca bildirilmir və o üzdən də imtahanın əvvəldən nəzərdə tutulması qəbul edilən deyil.
7. Sonuncu cümləni ənənəvi olaraq “biz ona böyük bir qurbanlığı əvəz verdik” kimi tərcümə edirlər. Zənnimcə, təqdim etdiyim ifadə daha dəqiqdir, çünki OXU-da bir şeyə əvəz vermək mənasında işlənən “fidyə vermək” ifadəsi daha çox günahların yuyulması müqabilində işlənir. Həmin ifadədə də sözügedən feil keçir, bunu “suç bahası” kimi vermək OXU məntiqinə daha uyarlıdır: a) Peyğəmbər suç işlədir – yuxuda gördüyünü vəhy kimi qəbul edir, bütpərəstlərə xas düşüncə ilə bunun Tanrıdan olduğuniu güman edir; b) Az qala daha böyük suç işlədəcəkdi, təslimiyyət halında olduqlarına görə qarşısı alınır; c) Tarixində o zamana qədər insanların ilahlar adına, Tanrı adına insanı qurban verməsi böyük suçdur.
8. Və nəhayət, suç bahası olaraq böyük bir qurbanlıq verilir. “Böyük bir qurbanlıq” ifadəsini necə anlamalıyıq? Qurbanlıq heyvanın həcminə görəmi “böyük” sözü keçir? Əlbəttə, yox. Diqqətimiz yönəldilir hadisənin insanlıq üçün önəminə. İnsanın Tanrı adına qurban verilməsinə son qoyulur bəşər tarixində. Verilən qurbanlığın məcazi mənada “böyüklüyü” bundadır.(modern.az)