Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-08-12 11:15:00
Minlərlə abituriyentin gözlədiyi cavablar, müəllim namizədləri sevindirən müsabiqə -Təhsil icmalı

AzEdu.az ötən həftənin təhsil icmalını təqdim edir:

Geridə buraxdığımız həftədə təhsil sahəsində nələrin baş verdiyinə qısa nəzər salaq:

Müəllimlərin işə qəbulu üzrə keçid balı məlum oldu

Ötən həftədə ümumi təhsil müəssisələrinə müəllimlərin işə qəbulu üzrə keçid balı məlum oldu.

Xatırladaq ki, müəllimlərin işə qəbulu üzrə müsabiqənin test imtahanı mərhələsi 8-24 iyul tarixlərini əhatə edib.

İxtisas seçiminin nəticələri açıqlandı

Geridə buraxdığımız günlərdə ali məktəbə qəbulun nəticələri bəlli oldu.

2019-2020-ci tədris ili üçün abituriyentlərin ixtisas seçiminin nəticələri Dövlət İmtahan Mərkəzinin saytında da  yerləşdirilib.

Beynəlxalq İnformatika Olimpiadasının rəsmi açılışı baş tutdu

Ötən həftədə Bakı Konqres Mərkəzində 31-ci Beynəlxalq İnformatika Olimpiadasının (IOI) açılış mərasimi baş tutub.

Prezident Administrasiyasının Humanitar siyasət məsələləri şöbəsinin müdiri Fərəh Əliyeva Birinci vitse-prezident Mehriban Əliyevanın “IOI 2019” nümayəndələrinə ünvanladığı rəsmi məktubu tədbir iştirakçılarının diqqətinə çatdırıb.

Təhsil naziri, “IOI 2019”-un sədri Ceyhun Bayramov əvvəlcə ölkəmizdə bu cür nüfuzlu tədbirin təşkilinin əhəmiyyətini qeyd edib. Nazir “IOI 2019”-a kimi qət edilən uzun yoldan, görülən işlərdən danışıb.

 MİQ müsabiqəsinin vakansiya seçiminin mərhələsi başladı

Ötən gündə müəllimlərin işə qəbulu müsabiqəsinin vakansiya seçimi mərhələsi start götürüb.

Bu mərhələdə minimum keçid balını toplamış namizədlər 8 vakant yer seçə biləcəklər. Namizədlərin vakant yerlərə yerləşdirilməsi elektron ərizələrində qeyd etdikləri seçim ardıcıllığı gözlənilməklə aparılacaq.

Kolleclərə qəbulun nəticələri açıqlandı

Geridə buraxdığımız günlərdə kolleclərə qəbulun nəticələri açıqlandı

Dövlət İmtahan Mərkəzi ümumi (9 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə qəbul olmaq üçün keçirilmiş müsabiqənin nəticələrini avqustun 6-də saat 14:15-dən etibarən internet səhifəsində yerləşdirib.

  Həftənin təhsil informasiyaları

Rezidenturanın boş qalan plan yerlərinə qəbul başa çatdı

Ötən gündə rezidenturanın  boş qalan plan yerlərinə ərizə qəbulu elan edildi.

Müsabiqədə iştirak etmək istəyən və ixtisas seçiminə buraxılmış namizədlər DİM-ə müraciət edə bilərlər.

Peşə təhsili müəssisələrinə sənəd qəbulu başlayıb

Peşə təhsili müəssisələrinə ərizə qəbulu 5–20 avqust 2019-cu il tarixlərində baş tutacaq.

Ötən illərdə olduğu kimi, bu il də  sənəd qəbulu Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmə vəSosial İnnovasiyalar üzrə Dövlət Agentliyi  və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi (“ASAN xidmət”) ilə birgə əməkdaşlıq çərçivəsində həyata keçiriləcək.

Beynəlxalq olimpiadalarda medal qazanan şagirdlərin sayı açıqlanıb

 Ötən gündə Təhsil naziri Ceyhun Bayramov bildirib ki, 2018-2019-cu ildə beynəlxalq olimpiadalarda iştirak nəticələrinə görə 1 qızıl, 13 gümüş və 23 bürünc medal əldə ediblər. 

Nazir qeyd edib ki, azərbaycanlı şagirdlər 5 fənn üzrə beynəlxalq olimpiadalarda iştirak edirlər.

 Ali təhsil müəssisələrinə ixtisas seçimi başa çatdı

Ali təhsil müəssisələrinin bakalavriat səviyyəsinə qəbul olmaq istəyənlər üçün ixtisas seçimi başa çatdı.

 

 

 

 

Günel Yaşarqızı
Müəllifin digər yazıları