Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-08-07 17:22:00
Təhsil Nazirliyinin 6 xidməti Elektron Hökümət Portalına inteqrasiya olunub

“Təhsil Nazirliyinin 6 xidməti Elektron Hökümət Portalına inteqrasiya olunub”, - bu haqqda məlumatı TED-az-a Təhsil Nazirliyindən bildiriblər. 

“Təhsil Nazirliyinin 2007/2015-ci illərdə Azərbaycan Gənclərinin Xarici Ölkələrdə Təhsili üzrə Dövlət Proqramı üçün elektron ərizə, ilk peşə-ixtisas təhsili müəssisələrinə qəbul üçün müraciətin və sənədlərin qəbulu, təhsil sənədlərinin həqiqiliyinin onlayn yoxlanılması (aktivdir), ümumtəhsil məktəbləri şagirdlərinin təhsil aldıqları yer haqqında elektron arayış, ümumtəhsil məktəblərində çalışan pedaqoji və texniki heyətin iş yeri haqqında elektron arayış, xarici diplomların tanınması və ekvivalentliyinin müəyyən edilməsi (aktivdir) xidmətləri Elektron Hökümət Portalına inteqrasiya edilib”.

Nazirlikdən Elektron Hökümət Portalına inteqrasiya olunmayan, lakin elektronlaşmış xidmətlər haqqında da məlumat verilib: “Ümumtəhsil məktəbləri, lisey və gimnaziyaların 1-ci sinfinə elektron sənəd qəbulu sistemi” (www.mektebeqebul.edu.az), Təhsil nazirinin imzaladığı əmrə əsasən, 2019-2020-ci dərs ilində Bakı ilə yanaşı, Gəncə, Sumqayıt, Mingəçevir, Şirvan, Naftalan şəhərləri, Abşeron, Samux, Yevlax rayonları üzrə ümumi təhsil məktəblərində I sinfə şagird qəbulu elektron sistem vasitəsilə həyata keçirilir. Həmin rayonlarda yerləşən məcburi köçkün məktəblərinin I siniflərinə qəbul da elektron sistem vasitəsilə aparılır. “Məktəbəhazırlıq qruplarına elektron sənəd qəbulu sistemi” (www.mektebeqebul.edu.az) vasitəsilə Bakı, Gəncə, Sumqayıt, Mingəçevir, Şirvan, Naftalan şəhərləri və Abşeron, Yevlax, Samux rayonları üzrə ümumi təhsil məktəblərində, o cümlədən həmin şəhər və rayonlarda yerləşən məcburi köçkün məktəblərinin məktəbəhazırlıq qruplarına qəbul həyata keçirilir. Azərbaycan Respublikası Təhsil Nazirliyi SABAH qrupları layihəsinə tələbələrin qəbulu” www.student.sabah.edu.az, “Valideyn nəzarət səhifəsi” (www.ael.edu.az), “Müəllimlərin işə qəbulu və yerdəyişməsi” (www.miq.edu.az), “Direktorların işə qəbulu üzrə müraciətlərin və sənədlərin qəbulu” (www.miq.edu.az ), “Təhsil sənədlərinin həqiqiliyinin onlayn yoxlanılması elektron xidməti” www.e-gov.az“Təhsildə İnkişaf və İnnovasiyalar" üzrə qrant müsabiqəsinə sənəd qəbulu www.musabiqe.edu.az  və s. xidmətlər də elektron şəkildə aparılır”.