Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-08-07 13:40:00
BİO-nun ilk turunda Azərbaycan komandasının nəticələri açıqlandı

Azərbaycanda keçirilən 31-ci Beynəlxalq İnformatika Olimpiadasının (BİO 2019) 1-cu turu yekunlaşdı.

AzEdu.az  xəbər verir ki, müsabiqənin ilk günündə Azərbaycan komandasının üzvləri Abutalıb Namazov, Murad Eynizadə, Fərhad Əzimov  və İbrahim Tağızadə yarışa qatılıblar. Nəticələrə əsasən, Abutalıb Namazov 135 balla 180-ci yer, Murad Eynizadə 121 balla 204-cü yer, Fərhad Əzimov 89 balla 252-ci yer, İbrahim Tağızadə isə 65 balla 270-ci yerdə qərarlaşıb.  

Qeyd edək ki, ABŞ təmsilçi Benjamin Gi 300 balla 1-ci, vyetnamlı Phuc Trinh Huu Gia 272 bal 2-ci, rusiyalı Eldar Qaimullin 264 balla isə 3-cü yeri qazanıb.

Müsabiqə nəticələri haqqında daha ətraflı məlumatla buradan tanış ola bilərsiniz:

https://ranking.ioi2019.az/?fbclid=IwAR0hg6b1kehCOHsiGgvgKdyEIdRgccFc3sOT-K-OJpJUQhmsN_pfM0M_xRk