XƏBƏRLƏR

02.08.2019 12:23
Dövlət qulluğu üzrə müsahibədə iştirak etmiş 216 nəfər müxtəlif vəzifələrə uyğun bilinib

Mərkəzi icra hakimiyyəti və məhkəmə hakimiyyəti orqanları olmaqla, ümumilikdə 6 dövlət orqanında inzibati dövlət qulluğu vəzifələrinin A (6 vəzifə) və B (337 vəzifə) növünə aid olan 343 vakant vəzifənin tutulması üçün Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən aprelin 1-də elan olunmuş müsabiqənin müsahibə mərhələsi davam edir.

Avqustun 2-si saat 11:30-a olan məlumata görə, müsabiqənin müsahibə mərhələsində iştirak etmiş 216 nəfər müxtəlif vəzifələrə uyğun bilinib.

DİM-dən bildirilib ki, müsahibələr oktyabrın 21-dək davam edəcək. Müsahibəyə çıxarılması üçün dövlət orqanları arasında ən çox vakant vəzifə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (317 vəzifə) tərəfindən təqdim olunub. Ümumilikdə müsahibəyə çıxarılmış 343 vakant vəzifənin 1-i 4-cü təsnifata, 28-i 5-ci təsnifata, 2-si 6-cı təsnifata, 312-si isə 7-ci təsnifata aid olmaqla, 1-i AB, 5-i AC, 28-i BA, 309-u isə BB vəzifə qrupuna aiddir.

İlin gənc müəllimi-Müraciət formu