Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-07-25 17:22:09
Yeni dərs ili üçün çap edilən dərsliklərin sayı açılanıb

2019-2020-ci tədris ilinə dövlət ümumi təhsil müəssisələrinin I-XI sinifləri üçün 322 adda 5 668 865 nüsxə dərslik və metodik vəsait çap edilib.

AzEdu.az xəbər verir ki, dərsliklərin 25 avqust 2019-cu il tarixinədək yerli təhsili idarəetmə qurumlarına çatdırılması nəzərdə tutulur. Həmin tarixdən sonrakı 10 gün müddətində dərsliklər yerli dövlət ümumi təhsil müəssisələrinə, sentyabrın 6-dək isə şagirdlərə çatdırılacaq.

Aşağıdakı videorolikdə məzmun, dizayn baxımından təkmilləşdirilən və əsaslı şəkildə yenilənən dərsliklər barədə məlumat verilir: