Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-07-16 09:45:00
Nazir təmayül sinifləri üzrə tədris planını təsdiqlədi -CƏDVƏL-2019- 2020-ci dərs ili

Təhsil naziri Ceyhun Bayramov tam orta təhsil səviyyəsində təhsilin təmayüllər üzrə təşkil olunduğu ümumi təhsil müəssisələrinin 2019-2020-ci dərs ili üçün tədris planlarının təsdiqi haqqında əmr imzalayıb.

AzEdu.az xəbər verir ki, əmrə əsasən 2019-2020-ci dərs ilində tam orta təhsilin təmayüllər üzrə təşkil olunduğu ümumi təhsil müəssisələrinin X-XI sinifləri üçün tədris planları və “Tədris planlarına dair qeydlər” (1–15 nömrəli əlavələr) təsdiq edilir.

Əmrdə X-XI sinifləri əhatə edən texniki, riyaziyyat-iqtisadiyyat, humanitar, təbiət, texniki və riyaziyyat-iqtisadiyyat, texniki və təbiət, humanitar və riyaziyyat-iqtisadiyyat təmayülləri ayırd edilir.

Ümumi və məktəbəqədər təhsil şöbəsi və Maliyyə şöbəsi tədris planlarının çap olunub vaxtında yerlərə çatdırılmasını təmin etməlidirlər.

İnformasiya şöbəsi isə əmrin əlavələrlə birlikdə «Azərbaycan müəllimi» qəzetində dərc olunmasını və Nazirliyin internet səhifəsində yerləşdirilməsini təmin etməlidir.

Əmrin icrasına nəzarət nazir müavini Məhəbbət Vəliyevaya həvalə olunub.

Təhsilin təmayüllər üzrə təşkil olunduğu ümumi təhsil müəssisələrinin 2019-2020-ci dərs ili üçün tədris planları ilə aşağıdakı linkdən tanış ola bilərsiniz:

http://edu.gov.az/upload/file/emre-elave/2019/07/15_07_19-tarixli-447-nomreli-emre-elaveler.pdf

 

 

Lamiyə Süleymanlı
Müəllifin digər yazıları