Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-07-15 17:00:00
Bu gün məktəblərdə öz ixtisasını yaxşı bilməyən müəllimlər çalışır - Nazir müavini

“Təəssüf ki, bu gün təhsil sahəsində öz ixtisas fənlərini kifayət qədər yaxşı bilməyən insanlar çalışır”.

AzEdu.az xəbər verir ki, bunu Təhsil nazirinin müavini Məhəbbət Vəliyeva deyib.

O xatırladıb ki, 2014-cü ildə müəllimlərin diaqnostik qiymətləndirilməsi prosesi başlayıb: “Bu qiymətləndirmə ilk dəfə idi keçirilirdi və məqsəd də o idi ki, hazırda təhsil sistemində çalışan işçilərin ixtisas biliklərini və metodikanı bilmə səviyyələrini müəyyənləşdirilsin. Qiymətlədirmə nəticəsində məlum oldu ki, bu gün təhsil sahəsində elə insanlar çalışır ki, onlar heç öz ixtisas fənlərini kifayət qədər yaxşı bilmirlər. Bu da təəssüf doğurur. Sayları çox olmasa da, belə müəllimlər bu gün sistemdə var və çalışırlar”.