Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-07-15 09:32:00
Məktəblərin I-XI sinifləri üçün tədris planı - Cədvəl - 2019-2020-ci dərs ili

Təhsil naziri Ceyhun Bayramov ümumtəhsil məktəblərinin 2019-2020-ci dərs ilinə aid tədris planlarının təsdiqi haqqında əmr imzalayıb.

AzEdu.az xəbər verir ki, əmrə əsasən, ölkəmizdə tədris Azərbaycan, rus, gürcü dillərində aparılan, ləzgi dili və azsaylı xalqların dilləri öyrədilən ümumtəhsil məktəbləri üçün 2019-2020-ci dərs ilinə aid aşağıdakı tədris planları və “Tədris planlarına dair qeydlər” təsdiq edilib.

Əmrə əsasən, ümumi və məktəbəqədər təhsil şöbəsi və Maliyyə şöbəsi tədris planlarının çap olunub vaxtında yerlərə çatdırılmasını təmin etməlidirlər.

İnformasiya şöbəsi bu əmri əlavələrlə birlikdə «Azərbaycan müəllimi» qəzetində dərc etməli və Nazirliyin internet səhifəsində yerləşdirməlidir.

Əmrin icrasına nəzarət nazir müavini Məhəbbət Vəliyevaya həvalə olunub.

AzEdu.az əmrə əsasən, ümumtəhsil məktəblərinin 2019-2020-ci dərs ilinə aid tədris planını təqdim edir:    

Lamiyə Süleymanlı
Müəllifin digər yazıları