Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-07-12 18:00:00
Təhsil naziri azsaylı xalqların dilləri öyrədilən məktəblərlə bağlı əmr imzaladı

Təhsil Naziri Ceyhunn Bayramov, ümumtəhsil məktəblərinin 2019-2020-ci dərs ilinə aid tədris planlanını təsdiqləyib

AzEdu.az xəbər very ki, nazir Ümumi təhsil müəssisələrində təhsil prosesinin təşkili və tənzimlənməsini təmin etmək məqsədilə “Azərbaycan Respublikasının Təhsil Nazirliyi haqqında Əsasnamə”nin 8.10-1-ci və 13.5-ci bəndlərini rəhbər tutaraq əmr verib.

Əmrə əsasən, Azərbaycan Respublikasının tədris Azərbaycan, rus, gürcü dillərində aparılan, ləzgi dili və azsaylı xalqların dilləri öyrədilən ümumtəhsil məktəbləri üçün 2019-2020-ci dərs ilinə aid aşağıdakı tədris planları və “Tədris planların  dair qeydlər” təsdiq edilir.

Qeydə əsasən, ümumtəhsil məktəblərinin I-XI sinifləri üçün tədris planları aşağıdakı kimi təşkil edilib:

Ləzgi dili öyrədilən ümumtəhsil məktəblərinin I-XI sinifləri üçün tədris planları.

Azsaylı xalqların dilləri öyrədilən ümumtəhsil məktəblərinin I-IV sinifləri üçün tədris planları .

“Tədris planlarına dair qeydlər”.

Əmrə əsasən, ümumi və məktəbəqədər təhsil şöbəsi (A.Əhmədov) və Maliyyə şöbəsi (R.Orucov) tədris planlarının çap olunub vaxtında yerlərə çatdırılmasını, İnformasiya şöbəsi (E.Məmmədov) bu əmrin əlavələrlə birlikdə «Azərbaycan müəllimi» qəzetində dərc olunmasını və Nazirliyin internet səhifəsində yerləşdirilməsini təmin etməlidir.

Əmrin icrasına nəzarət nazir müavini Məhəbbət Vəliyevaya həvalə olunub.