Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-07-10 12:12:16
Dərs ilinin uzadılması ilə bağlı yazılanlara aydınlıq gətirildi – Əslində...  

Təhsil naziri Ceyhun Bayramov dünən İctimai televiziyanın "Pressinq" verilişinin qonağı olub.

Nazirin  veriliş zamanı “Tədris ilinin 2 həftə uzadılmasını labüd hesab edirik. Bu müddətin necə istifadə edilməsi ilə bağlı mütəmadi monitorinq keçirilir” fikri bəzi media qurumları tərəfindən yanlış anlaşılıb.

Çoxları bu fikri tədris ilinin 2 həftə uzadılaraq sentyabrın 1-də başlanıb, iyunun 14-də yekunlaşacağı kimi anlayıblar.

Təhsil Nazirliyinin sektor müdiri Cəsarət Valehov  aydınlıq gətirib. O, bildirib ki, söhbət tədris ilinin 4 il əvvəlki uzadılmasına olan münasibətdən gedir:

“Təhsil naziri Ceyhun Bayramov 4 il bundan əvvəlki qərara- təhsil müddətinin 2 həftə uzadılmasına münasibət bildirib. Söhbət yeni müddətin uzadılmasından getmir”.

Qeyd edək ki, nazir kanala açıqlamasında əvvəl Azərbaycanda 32 həftəlik tədris ili mövcud olduğunu xatırladıb və tədris ilinin 4 il əvvəlki uzadılmasına istinadən bunları deyib:

“Dəyişiklik hesabında Təhsil Nazirliyinin məntiqi odur ki, tədris ilini 2 həftə uzatmaqla 11 il ərzində əlavə 22 həftə tədris vaxtı qazanırıq. Proqramın bəlli həcmi və ağırlığı var. Bu proqramı əlavə 22 həftəyə böləndə onu daha yaxşı mənimsəmək, bir günə düşən dərs yükü az olur. 32 həftəlik dərs ili olan zaman yay tətili 3 ay yarım idi. Tədris ilinin sonu və başlanğıcı arasında uzun müddət tədris prosesinə mənfi təsiri var. Tədris ili iki həftə uzadılandan sonra kifayət qədər uzun 3 aylıq yay tətili var. Proqramın 34 həftə üçün nəzərdə tutulması istiqamətində müvafiq tədbirlər görülüb. Yeni yazılan dərsliklər bu müddətə hesablanır. Müddəti keçməyən kitabların yeniləri ilə əvəz edilməsi üçün də müvafiq metodik göstərişlər hazırlanıb və məktəblərə çatdırılıb”.

Lamiyə Süleymanlı
Müəllifin digər yazıları