Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-07-02 09:05:00
Bu gün Azərbaycanda təbiət hadisəsi baş verəcək  

Bu gün cari ilin ikinci Günəş tutulması (tam tutulma) hadisəsi baş verəcək.

AzEdu.az bildirir ki, AMEA-nın Şamaxı Astrofizika Rəsədxanasından verilən məlumata görə, bu təbiət hadisəsi bu gün yerli vaxtla saat 20:55-də başlayacaq və 3 iyul 01:50-də başa çatacaq.

Bildirilir ki, Günəş tutulması Sakit Okeanın cənub hissəsi, Cənubi Amerika, Çili, Argentina və Sakit okeanın cənubundan aydın görünəcək.

Qeyd edək ki, növbəti tutulma dekabrın 26-na təsadüf edəcək.