Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-06-22 11:48:00
Liseylərə və məktəb-liseylərə qəbul müsabiqə yolu ilə aparılacaq

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyindəki liseylərə və məktəb-liseylərə qəbul iyun ayının 24-də müsabiqə yolu ilə aparılacaq.

BŞTİ-dən  bildirilib ki, müsabiqədə şagirdlər ana dili, riyaziyyat və məntiqə aid test tapşırıqlarını yerinə yetirəcəklər.

Xatırladaq ki, elektron sistem (mektebeqebul.edu.az) vasitəsilə liseylərin V siniflərinə qəbul üçün 1396 sorğu yerləşdirilib. Onlardan 720-si Texniki-Humanitar Liseyə, 199-u 2 nömrəli Texniki-Humanitar Liseyə, 234-ü 147 nömrəli Texniki-Humanitar Liseyə, 243-ü isə 291 nömrəli Ekologiya Liseyinə qəbul üçün qeydiyyatdan keçib.

Liseylərin və məktəb-liseylərin VII siniflərinə qəbul üzrə müsabiqədə isə ümumilikdə 2144 şagird təhsil müəssisələrində qeydiyyatdan keçib. Elektron qeydiyyatdan keçən valideynlərə müsabiqənin keçirilmə yeri və vaxtı göndərilib. (Azərtac)