Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-06-14 15:00:00
Göz yaşları fonunda çalınan  “Son Zəng” - FOTO

Bu gün ölkənin bir çox məktəblərində “Son zəng” həyəcanı yaşanır. 

AzEdu.az xəbər verir ki, Nərimanov rayon, Sağlamlıq imkanları məhdud uşaqlar üçün 5 nömrəli respublika xüsusi internat məktəbində on birincilər üçün son zəng tədbiri keçirilib. 

Tədbirdə İnternat məktəbinin direktoru İradə Vəzirova, məktəblilər və valideynlərlə yanaşı tanınmış simalarda iştirak ediblər.

İnternat məktəbinin direktoru İradə Vəzirova rəhbərlik etdiyi təhsil ocağı haqqında məlumat verib. Qeyd olunub ki, məktəb 1936-cı ildən fəaliyyət göstərir və gözdən əlil şəxslərin tam orta təhsilini həyata keçirir. Təhsil müəssisəsində tam orta təhsil müddəti 12 ildir (Brayl əlifbasının öyrənilməsi ilə əlaqədar).

İnternat məktəbində 30 sinif komplektində 307 nəfər gözdən əlil və zəif görən şagird təhsil alır. Onlardan 98-i qız, 209-u isə oğlandır. Məktəbə şagird qəbulu psixoloji-tibbi-pedaqoji komissiyanın müvafiq qərarı əsasında həyata keçirilir.

Müəssisənin ərazisində yerləşən və Mədəniyyət Nazirliyinin tabeliyində fəaliyyət göstərən gözdən əlil və zəif görən uşaqlar üçün musiqi məktəbində təhsil ocağının 150 şagirdi tar, kamança, qarmon, nağara, xanəndə, fortepiano, skripka üzrə siniflərdə təhsil alır.

Son beş ildə internat məktəbinin məzunlarından 30-u ali, 23-ü orta ixtisas təhsili müəssisələrinə qəbul olunub. Məktəbin 2017-2018-ci il məzunlarından 10-u müxtəlif ali təhsil müəssisələrində (Bakı Dövlət Universiteti, Sumqayıt Dövlət Universiteti, Azərbaycan Dillər Universiteti, Bakı Mühəndislik Universiteti, Qərbi Kaspi Universiteti və s) təhsil alır.

İnternat məktəbi Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondunun təşəbbüsü ilə 2006-cı ildə əsaslı təmir olunub.

Heydər Əliyev Fondunun təşəbbüsü ilə gözdən əlil uşaqlar üçün xüsusi internat məktəbinin nəzdində yaradılmış mətbəədə Brayl əlifbasında və iri şriftlərlə dərslik və metodik vəsaitlər çap olunur. Mətbəədə çap olunan dərs vəsaitləri gözdən əlil uşaqların dərsliklərə olan ehtiyacını tam təmin edir.

Sonda məzunlar birincilərlə bir-birlərini təbrik edərək, birlikdə rəqs etdiblər. Nəhayət “Son zəng”  çalınıb və tədbir başa çatıb...

İsmət PAŞA