XƏBƏRLƏR

13.06.2019 10:50
Xarici universitetdən  yerli ali məktəbə köçürülənlərə hava-su kimi vacib cavab –Diqqətli olun

Xarici universitetlərdə təhsil almaq bir çox gənclərin arzusudur. Son illər xarici ölkələrlə əlaqələrin genişlənməsi, dünyaya inteqrasiya nəticəsində, gənclərin xaricdə təhsilə marağı daha da artıb.

Xaricdə təhsil istiqaməti ilə bağlı ən çox verilən suallardan biri də budur:

“Xarici ali təhsil müəssisəsindən yerli universitetə köçürülən tələbələr təhsilini başa vurduqdan sonra nostrifikasiya üçün müraciət etməlidirlər?”

AzEdu.az çox ünvanlanan sualın doğru cavabını təqdim edir:

-Xeyr. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13.05.2003-cü il tarixli 64 saylı Qərarı ilə təsdiq edilən  “Xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiyası) Qaydaları”nda nəzərdə tutulmuş nostrifikasiya proseduru yalnız xarici ali təhsil müəssisələrindən məzun olan şəxslərə şamil olunur.

Xatırladaq ki, Azərbaycan Respublikası Təhsil Nazirliyi xaricdə təhsil sahəsində, o cümlədən nostrifikasiya prosedurları ilə bağlı heç bir şirkətlə əməkdaşlıq etmir. İddiaçılara hər hansı şirkət və ya şəxslər tərəfindən verilən vəd nostrifikasiya müddətində heç bir rol oynamır və belə hallarla rastlaşdığınız təqdirdə Təhsil Nazirliyinin "Qaynar xətt” xidmətinə (146) məlumat verməyiniz xahiş edilir.

Qeyd edək ki, sual https://ani.edu.gov.az/ saytına istinadən cavablandırılıb.

Günel Yaşarqızı Müəllifin digər yazıları

İlin gənc müəllimi-Müraciət formu