Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-06-12 15:15:00
Qubada xüsusi internat məktəbində yanğın olub  

Qubanın Zərdabi qəsəbəsində yerləşən xüsusi internat məktəbində yanğın olub.

AzEdu.az APA-ya istinadən məlumat verir ki, hadisə yerinə Quba Dövlət Yanğından Mühafizə Hissəsinin yanğınsöndürənləri cəlb olunub. Yanğın yaxınlıqdakı elektrik transformatorunda baş verən partlayış nəticəsində meydana gəlib.

Yanğın söndürülüb və daha geniş əraziyə keçməsinin qarşısı alınıb.

Hadisə nəticəsində məktəbdə təhsil alan uşaqlardan xəsarət alan olmayıb.