XƏBƏRLƏR

12.06.2019 13:17
“Elm və Sənət Məclisi”- 71-ci məşğələ  

2019-cu il iyunun 11-də Xəzər Universitəsində ənənəvi “Elm və Sənət Məclisi”nin 71-ci məşğələsi keçirilib. 

AzEdu.az xəbər verir ki, məşğələni giriş sözü ilə Xəzər Universitəsinin təsisçisi, Direktorlar və Qəyyumlar Şurasının sədri professor Hamlet İsaxanlı açıb.

O, məclisə toplaşanları salamlayaraq Türkiyənin Niğde Ömer Halisdemir Universitetinin professoru, Divan ədəbiyyatının tanınmış araşdırmaçısı Ziya AVŞAR haqqında geniş məlumat verərək onu iştirakçılara təqdim edib.

Professor Ziya Avşar “Mevlananın Aşk və İrfan Dünyası (Mevlana’s world of love and wisdom) adlı geniş elmi məruzə ilə çıxış edib. Daha sonra məruzə ətrafında müzakirələrə başlanıb. Müzakirələrdə Humanitar, təhsil və sosial elmlər fakültəsinin dekanı dosent Elza Səmədova, Psixologiya departamentinin müdiri Mələk Kərimova, İngilis dili və ədəbiyyatı departamentinin müdiri Dr.Bahman Amani (Xəzər Universiteti), türkoloq Bakı Avrasiya Universitetinin dosenti Seyfəddin Altaylı (Avrasiya Universiteti), Folklor İnstitutu Xarici ölkələrlə əlaqələr bölməsinin rəhbəri Əli Şamil (AMEA-nın Folklor İnstitutu), professor Şahin Mustafayev (AMEA-nın Şərqşünaslıq institutu), Afaq Qəmbərova (“Dünya” məktəbi), tarixçi və tərcüməçi Şahin Fazil (AMEA-nın Tarix İnstitutu), Bədirxan Əhmədov ( BDU), Bəhram Oromi ( İş adamı ), Seadət Şıxıyeva (AMEA-nın Şərqşünaslıq İnstitutu), Nizami Muradov (AMEA-nın Folklor İnstitutu), Turanxanım Hümbətova (Nizami adına Ədəbiyyat Muzeyi) və digərləri çıxış ediblər.

Sonda Hamlet İsaxanlı çox maraqlı məruzə üçün Ziya Avşara və bütün iştirakçılara Xəzər Universiteti adından təşəkkür edib.

İlin gənc müəllimi-Müraciət formu