Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-06-08 12:09:00
Azərbaycandilli məktəblərdə kadr çatışmazlığı kəskinləşəcək? –Gürcüstanda   

 

 “Xaricdə kiminsə pulu ilə 1-2 il ingilis dilini öyrənmiş və millətdən ayrı düşmüş bir neçə nadan haqqımızda ağızlarına gələni danışırlar. Ekspert sözünü isə dırnaq içində yazırlar. Bunlar idarə olunan adamlardır”

AzEdu.az xəbər verir ki, bu sözləri təhsil eksperti Etibar Əliyev şəxsi feysbuk hesabında qeyd edib. O bildirib ki, təhsildə ekspert institutunun yaradılması bu sahədə xeyli irəliləyişlərə səbəb olub:

“Hansısa ölkənin  kurikulum sənədinin məktəbə sırınmasının əleyhinə 10-larla məqalə yazdıq, Dünya Bankının vəsaitinin talanmasının əleyhinə çıxdıq, dərsliklərdəki biabırçılıqları cəmiyyətin diqqətinə çatdırdıq. "Təhsil haqqında" qanunun yazılmasında iştirak etdik. Təhsildə korrupsiyanın və rüşvətxorluğun aradan qaldırılmısı istiqamətində fəaliyyətə görə məhkəmələrə verildik, İnternat tipli məktəblərə, Kolleclərdə baş alıb gedən özbaşınalıqlara qarşı çıxdıq, İllərlə Tələbə qəbulunun nəticələri izlədik, təhlillər apardıq. Bakalavr pilləsini bitirən tələbələrə hərbi xidmətdən möhlət hüququnun verilməsi üçün təkcə mənim 10-a yaxın müsahibə və məqaləm dərc olundu. Buna nail ola bildik. Bir neçə ali məktəbin İctimai Nəzarət Şuralarında təmənnasız fəaliyyət göstəririk. "Yeni təhsil, tərbiyə və elm antologiyası" kitabım da daxil olmaqla təhsilin aktual problemləri ilə bağlı 8 kitab yazdım. Şagird və tələbələrdə mütaliə qabiliyyətinin inkişafı naminə 10-larla məqalə yazdım, ölkədə kitabı təşviq etdim. Müxtəlif konfrans və tədbirlərdə Azərbaycan təhsilini təmsil etdik. Dərs dedik. və s. İndi xaricdə kiminsə pulu ilə 1-2 il ingilis dilini öyrənmiş və millətdən ayrı düşmüş bir neçə nadan haqqımızda ağızlarına gələni danışırlar. Ekspert sözünü isə dırnaq içində yazırlar. Bunlar idarə olunan adamlardır”.

Etibar Əliyevin sözlərinə görə, görkəmli pedaqoqumuz mərhum Əjdər Ağayev, məzmunun bilicisi mərhum Əlövsət Osmanlı təhsil eksperti missiyasını üzərinə götürmüşdü:

“Əməkdar elm xadimi, professor Şahlar Əsgərov və Əməkdar müəllim Asif Cahangirov təhsil ekspertləridir. Bizi hansısa ölkənin burda missiyasını daşıyanlar, təhsilin məzmununa və milli zəmində inkişafına maneçilik törədən bir neçə ünsür yolumuzdan sapındıra bilməz. Məqsədləri mənasız layihələrdən pul silməkdir. Qulaq asmaq mədəniyyətləri isə ümumiyyətlə yoxdur. Zaman-zaman onların ifşa olunmasına çalışacağam. Özü də publik formada. Və proses başlayıb”