Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-06-05 14:56:00
Latviyada şagird sayının azlığı səbəbindən məktəblərlə bağlı islahat aparılır

Latviyada şagird sayının azlığı səbəbindən 13 məktəbin bağlanması nəzərdə tutulub.

AzEdu.az bildirir ki, AZƏRTAC-ın verdiyi məlumat görə, islahat daha 40 məktəbin bu və ya digər formada yenidən qurulmasını, o cümlədən birləşdirilməsini nəzərdə tutur.

Bağlanması nəzərdə tutulan məktəblər əsasən kəndlərdə yerləşir. Burada əhalinin sayının kəskin şəkildə aşağı düşməsi nəticəsində şagird sayı həddindən artıq azalıb. Şəhərlərdə isə islahatlar əsasən məktəblərin birləşdirilməsi yolu ilə səmərəliliyin artırılması məqsədi daşıyır.