Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-05-25 17:13:00
Bərdədə şeir müsabiqəsinin qalibləri müəyyənləşib

Bərdə şəhər akademik Zərifə Əliyeva adına texniki fənlər təmayüllü məktəb-liseydə ümumtəhsil məktəblərinin şagirdləri arasında 28 May – Respublika Günü münasibətilə keçirilən “Vətənim Azərbaycanım” adlı şeir müsabiqəsinin qalibləri müəyyənləşib.

AzEdu.az xəbər verir ki, AzərTac-ın bölgə müxbiri xəbər verir ki, rayon Gənclər və İdman İdarəsinin təşkil etdiyi müsabiqədə 19 məktəbdən 48 şagird iştirak edib.

Gənclər və İdman İdarəsinin rəis müavini Aydın Qasımov iştirakçıları qarşıdan gələn Respublika Günü münasibətilə təbrik edib, Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasından və onun həyata keçirdiyi tədbirlərdən, dövlətçilik tariximizdə rolundan danışıb.

Sonra müsabiqə iştirakçıları Vətənimizə həsr olunan şeirlər söyləyiblər. Qaliblərə müvafiq diplomlar təqdim edilib.