Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-05-25 12:10:00
Sinif rəhbərlərinin əsas motivasiyası: Onların əməkhaqqına nə qədər əlavə nəzərdə tutulub?

Orta təhsil müəllimlərinin əməkhaqqının saathesabı olaraq müəyyənləşməsi çoxlarına məlumdur. Amma  fənn müəlliminə aidiyyatı olmayan bəzi funksiyalar sinif rəhbərlərinin səlahiyyətinə daxil olduğuna görə, onların əmkhaqqı da fənn müəllimləri ilə müqayisədə fərqlənir.

Bəs, sinif rəhbərliyinə görə, hansı əlavə haqlar nəzərdə tutulub.

AzEdu.az xəbər verir ki, bu barədə məlumatlar Təhsil müəssisələrində çalışan işçilərə Əlavə haqların ödənilməsinə dair Təlimatda qeyd olunub. Təlimata əsasən, müəllimlər üçün sinif rəhbərliyinə görə əməkhaqqına müəyyən əlavələr nəzərəd tutulub.

 І - ІV siniflərdə sinif rəhbəri olanlara bir müəllim stavkasının 15 faizi həcmində, V - XІ siniflərdə isə stavkanın 20 faizi həcmində əlavələr müəyyən olunub.

Sinifdə şagird sayı 10 nəfərdən az olduqda isə sinif rəhbərliyi üçün müvafiq məbləğin 50 faizi ödənilir.

Bütün tipdən olan internat məktəblərində, sanatoriya-peşə məktəblərinə sinif rəhbərliyi üçün əlavə haqq ödənilmir.

Bundan əlavə, azkomplektli ibtidai siniflərdə dərslər iki müəllim tərəfindən aparılmalıdırsa və ikinci müəllim xəstəliyə və digər səbəblərə görə yoxdursa, sinif rəhbərliyinə görə əlavə haqq şagirdlərin ümumi sayından asılı olaraq bir sinif üçün verilir.

Qeyd edək ki, müəllim bir sinifdə rəhbər ola bilər. Amma məktəbdə müəllimlərin sayı kifayət qədər olmadıqda Təhsil Nazirliyinin icazəsi ilə iki sinifdə də sinif rəhbərliyi aparıla bilir. Dərs ili ərzində şagirdlərin sayı ilə əlaqədar sinif rəhbərliyi üçün verilən əlavə haqq dəyişilmir.

Lamiyə Süleymanlı
Müəllifin digər yazıları