XƏBƏRLƏR

21.04.2019 09:26
Valideynlərin nəzərinə: Uşaqlara bu sözləri demək qəti qadağandır

Uşaq tərbiyəsi olduqca çətin və həssas məsələdir. Bir çox valideyn bu məsələdə çətinlik çəkir. Mütəxəssislər və uşaq nevropatoloqları hesab edir ki, bu prosesi çətinləşdirən həm də valideynlərin bilmədən və ya bəzən bilərəkdən dedikləri sözlərdir.

AzEdu.az Axar.az-a istinadən xəbər verir ki, nevropatoloqların fikrincə, uşaqlara müəyyən sözləri qətiyyən demək olmaz.

Belə ki, uşaqlara deyilməsi məsləhət görülməyən sözlərdən biri "səndə heç nə alınmır, heç nəyi bacara bilmirsən, əlindən bir iş gəlmir, ver, mən edim"dir.

Bu cümlə uşağı travmaya məruz qoyur və qabaqcadan onu uğursuzluq üzrə proqramlaşdırır. O özünü axmaq və kobud hiss edir, "ana yenidən qışqıracaq" deyə düşünərək, gələcəkdə təşəbbüs göstərməyə qorxur.

İşlədilməsi lazım olan cümlə: "Özün etməyə çalış, əgər yardıma ehtiyacın olsa, mənə güvənə bilərsən".

"Al, götür, təki sakit ol"

Bəzi valideynlər üçün çoxsaatlı qəmgin halda "Nə olar, ver də" sözlərinə səbir edib dözmək çətindir. Lakin istədiyi şeyi uşağa verməyə razılaşdıqda, valideynlər özləri belə istəmədən, uşağın bu cür düşünməsinə icazə verirlər: Ah-vay və yola gətirməklə hər şeyə nail olmaq olar və ananın "Yox" sözünü ciddiyə almaq lazım deyil.

İşlədilməsi lazım olan cümlə: "Başa düşürəm ki, çox istəyirsən, amma bilirsən ki, bunu sənə icazə verə bilmərəm".

"Əgər bir də belə etdiyini görsəm - sən görərsən"

Praktikanın göstərdiyi kimi, təhdidin davamı işin nəticəsinə gedib çatmır. Yəni çox vaxt valideynlər övladlarını cəzalandırmaq istəsələr də, cəzalandırmırlar. Nə ana, nə də ata cəzalandırmanı yerinə yetirir, uşaq isə nəticədə bərk qorxmuş olur. Uyğun cümlə uşaqlarda inciklik və bacarıqsızlıq yaradır. Uşaq bu və ya əks təqdirdə nəyi gözləməyin lazım olduğunu dəqiq bilməlidir.

İşlədilməsi lazım olan cümlə: "Mən sənə bu işin nəticəsi barədə xəbərdarlıq etmişdim, buna görə də incimə, gərək verdiyim sözü tutum".

"Bunu anlamalısan ki..."

Bir çox uşaqda bu cümləyə qarşı mühafizə reaksiyası və onun zəhlətökən davamı yaranır. Uşaq öyüd-nəsihət anlamır və sizə qulaq asmadan başqa bir şeyə qoşulur. Nəsihətin daha pis qəbul edilməsi uşaqların həyəcanlı, məyus və ya qəzəbli anlarında olur. Yadda saxlayın, o da hər hansı bir "problemi" ortaya çıxmış bir insandır və hazırda onun dərdindədir və sizin hətta məntiqi və düzgün qərarınızı belə heç cür qəbul etmir.

İşlədilməsi lazım olan cümlə: "Gəl, səninlə bir az gəzək, rəsm çəkəks" və s.

"Oğlanlar (qızlar) özlərini bu cür aparmır!"

Bunu daim təkrarlayaraq, övladlarını bəlirlənmiş stereotplərlə cilalayırlar. Yaşa dolduqda belə artıq böyümüş olan oğlan şəxsi emosionallığını layiq olmayan bir şey kimi qəbul edəcək, qız isə - qadına layiq olmayan sənət və ya yetərincə yığışdırılmamış ev səbəbiylə kompleks hiss edəcək.

İşlədilməsi lazım olan cümlə: "Doğurdanmı bu sənin xoşuna gəlir?"

"Yox, bunu almayacağıq - pul yoxdur!"

Hər şeyi ardıcıl almağın mümkünsüzlüyünü uşağa başa salmaq çətindir. Amma belə çıxır ki, əgər ana və atanın pulu olsa, dükanda hər bir şeyi almaq mümkündür! Uşaq bu cümləni məhz bu cür anlayır. Məgər ana və atanın bu cür deməsi yaxşı deyilmi: "Sənin bu cür oyuncağın artıq var", "Çox şokolad yemək ziyandır".

Bəli, başa salmaq hər zaman çətindir! Lakin uşaq valideynlərin bunu niyə onun üçün almadıqlarını anlamalıdır.

"Camaatın oğlu (qızı) uşaq kimidir, sən isə..."

"Allahın bəlası", "pinti", "axmaq" və s. bu kimi sözləri uşaqların boynundan "asmaq" lazım deyil! Bu özünə dəyər verməyi alçaldır və həqiqətən uşaq onlara uyğun gəlməyə başlayır.

İşlədilməsi lazım olan cümlə: "Mən sənin yaxşı tərəfini də, pis tərəfini də sevirəm".

İlin gənc müəllimi-Müraciət formu