Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-04-15 12:00:00
Məktəbəhazırlıq qruplarında oxumayanlarla bağlı ən çox verilən sual – Valideynlərə xoş cavab  

I sinfə elektron sistem vasitəsilə qeydiyyat davam edir. Proses zamanı məktəbəhazırlıq qruplarında təhsil alanlara müəyyən üstünlüklər verilir. Amma bu bəzən valideynlərdə çaşqınlıq yaradır.

AzEdu.az valideynləri ən çox maraqlandıran suallara cavabı təqdim edir:

Sual:

-Övladım istədiyim məktəbin məktəbəhazırlıq qrupunda oxumayıb. Onun I sinifdən orada təhsil alması üçün nə etməliyəm?

Cavab:

Elektron sistem vasitəsilə qeydiyyat zamanı məktəbəhazırlıq qruplarında təhsil alan azyaşlılara müəyyən üstünlüklər verilsə də, bu, heç də digərlərinin hüquqlarını məhdudlaşdırmır. Sadəcə, məktəbəhazırlıq oxuyanlar üçün hər hansı qeydiyyata ehtiyac qalmır. Övladı bu qruplarda oxumuş valideynlər yalnız nəticələr məlum olduqdan sonra ərizəni çap edib,qəbul olunduqları məktəbə təqdim etməlidirlər.
Bütün orta təhsil müəssisələrində öncə həmin məktəbin hazırlıq qruplarında oxumuş uşaqlara üstünlük verilir. Qalan boş yerlərə isə orada məktəbəhazırlıq oxumayan şagirdlər də qəbul edilə bilər.  Yəni, burada məktəbəhazırlıq oxumayanların təhsildən kənar qalmasından söhbət gedə bilməz.

Yox, əgər övladınız məktəbəhazırlığı başqa bir orta təhsil müəssisəsində keçibsə, avtomatik həmin məktəbə qəbul ediləcək. Onun başqa məktəbdə təhsil almasını istəyirsinizsə, sistemə daxil olub, uyğun sorğunu ləğv etməli və istədiyiniz məktəbə sorğu yerləşdirməlisiniz.

Təbii ki, məktəbdə boş yer qalmadıqda “növbəlilik funksiyası”nınimkanlarından da yararlana bilərsiniz.

Lamiyə Süleymanlı
Müəllifin digər yazıları