Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-03-27 12:15:48
Misir Mərdanov avtomobil qəzasına düşdü

Keçmiş təhsil naziri, AMEA-nın Riyaziyyat və Mexanika İnstitutunbun direktoru Misir Mərdanov avtomobil qəzasına düşüb.

AzEdu.az xəbər verir ki, bu barədə ONA-ya Misir Mərdanovun özü məlumat verib.

O bildirib ki, bir neçə gün əvvəl avtomobil qəzasına düşüb: “Qəza nəticəsində bir az bədən xəsarətləri almışam. Hazırda isə müalicə olunuram”.

Misir Mərdanov qəzanın təfərrüatları barədə əlavə məlumat vermək istəməyib.