Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-03-20 00:42:00
Məktəbli avtobusu atəşə tutuldu: 2 uşaq öldü

Suriyanın Hələb şəhərinin Əz-Zəhra rayonunda məktəbli avtobusunun yaraqlılar tərəfindən atəşə tutulması nəticəsində iki uşaq həyatını itirib.  AzEdu.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə çərşənbə axşamı brifinqdə Rusiyanın Suriyada münaqişə tərəflərinin barışdırılması mərkəzinin rəhbəri general-mayor Viktor Kupçişin deyib:

 

"Martın 19-u yerli vaxtla saat 16:50-də Hələb şəhərinin şimal-qərbində yerləşən Əz-Zəhra rayonunda uşaqları daşıyan avtobus terror qruplaşmalarının nəzarəti altında olan Leramun rayonu tərəfdən atəşə tutulub. Nəticədə 12 yaşlı oğlan uşağı həlak olub, 8 yaşlı qız və müəllimə ağır yaralanıb. Sonradan qız xəstəxanada keçinib".