XƏBƏRLƏR

14.03.2019 14:18
Ceyhun Bayramov Kanadanın Almaniyadakı səfiri ilə görüşüb

Təhsil naziri Ceyhun Bayramov Kanada Baş nazirinin Avropa ittifaqı və Avropa məsələləri üzrə xüsusi elçisi və Kanadanın Almaniya Federativ Respublikasındakı səfiri Stefan Dion və Kanadanın Azərbaycan Respublikasında akkreditə olunmuş səfiri Kristofer Con Kuter ilə görüşüb.

AzEdu.az xəbər verir ki, görüşdə Azərbaycan və Kanada arasında təhsil sahəsində əlaqələrin cari vəziyyəti və gələcək əməkdaşlıq perspektivləri müzakirə edilib.