Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-02-22 12:45:00
Valideynlər niyə çaşqın qalıb? -I siniflərə şagird qəbulu nə zaman başlanır?- RƏSMİ

2019-2020-ci tədris ili üçün ümumtəhsil məktəblərinin I sinfinə şagird qəbuluna mart ayında başlanacaq.

Bu barədə Təhsil Nazirliyindən AzEdu.az-ın sorğusuna cavab olaraq bildirilib.

Məlumatda qeyd olunub ki, ümumtəhsil məktəblərində I sinfə şagird qəbulunun cari ilin mart ayında başlaması nəzərdə tutulur. 

I sinfə şagird qəbulu www.mektebeqebul.edu.az elektron sistemi vasitəsi ilə aparılacaq.

Qeyd edək ki, sosial şəbəkələrdə birinci siniflərə qəbulun artıq başlanıldığına dair yayılan məlumatlar əsassızdır.