Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-02-16 14:40:00
Deputat şagirdlərə hədiyyələr verdi

Millət vəkili Qənirə Paşayeva Tovuzun kənd məktəblərində şagirdlər üçün “Tariximizi öyrənək və təbliğ edək!” adlı tədbir keçirib.

AzEdu.az  xəbər verir ki, millət vəkili məktəblilərin hər birinə Azərbaycan tarixi, ədəbiyyatı, Qarabağ və dünya ədəbiyyatına dair, həmçinin özünün müəllifi olduğu çoxlu kitab və jurnallar hədiyyə edib.

Q.Paşayeva məktəbliləri öz daxili dünyalarını zənginləşdirməyə, özəlliklə Azərbaycan tarixini və ədəbiyyatını daha geniş mütaliəyə etməyə səsləyib:

“Bizim üçün müstəqil Azərbaycandan dəyərli heç nə ola bilməz. Harada doğulmasından və yaşamasından asılı olmayaraq, hər bir azərbaycanlı Azərbaycanın yanında olmalı, həqiqətlərin dünyaya daha geniş çatdırılması üçün çalışmalıdır. Ölkəmizin daha da inkişafı üçün gənclərin savadlı, təhsilli, elmə və kitab oxumağa meyilli olması əsas şərtdir”.

Azərbaycanın işğal altında olan əraziləri barədə danışan millət vəkili qeyd edib ki, hər bir vətəndaş Azərbaycan Ordusunun könüllü əsgəri olmalıdır.

Deputat daha sonra hər bir uşaqla ayrıca söhbət edib, yay tətilinə baxmayaraq, onları bu zamandan faydalı istifadə etməyə çağırıb.

Q.Paşayeva və Regional Hüquqi və İqtisadi Maarifləndirmə İctimai Birliyinin sədri Arzu Bağırova təhsildə fərqlənən şagirdlərə kitab və hədiyyələr təqdim ediblər.