Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-02-15 14:48:40
Qubada tam fərqli formatlı məktəb və məktəblilər – FOTOLAR - VİDEO  

Fevralın 13-də Quba rayonuna mediatur keçirilib. Mediaturda 30-dək KİV nümayəndəsi iştirak edib.

Jurnalistlər Qubanın bir neçə kəndində İcma əsaslı UşaqTəhsil Mərkəzlərinə də baş çəkiblər.

AzEdu.az əməkdaşı mediatur çərçivəsində hazırladığı növbəti yazıda həmin kəndlərin biri -Nügədidəki icma əsaslı məktəbdən danışacaq: 

Əvvəlcə.... Qonaqlar İkinci Nügədi kənd 3 nömrəli tam orta məktəbdə yaradılan İcma əsaslı Uşaq Təhsil Mərkəzinin fəaliyyəti ilə tanış oldular. Məlumat verildi ki, mərkəzdəki məşğələlərə 20 nəfər 3-4 yaşlı uşaq cəlb edilib. 

Proqrama əsasən, məşğələlər zamanı uşaqların 4 inkişaf dinamikası - sosial emosional inkişaf, idrak və ümumi bilik, yaradıcı və fiziki inkişafı izlənilir. 

Sonra isə...Mediatur iştirakçılarına məlumat verildi ki, İkinci  Nügədi kənd 3 nömrəli tam orta məktəb 1964-cü ildə yaradılıb, 2012-ci ildə məktəb üçün yeni bina tikilib. Hazırda məktəbdə 334 şagird təhsil alır, onların təlim-tərbiyəsi ilə 29 müəllim məşğul olur. Layihənin əsas məqsədi icma əsaslı vətəndaş qrupları vasitəsilə məktəbəqədər təhsilin əhatəliliyini artırmaq və valideynlərin məktəbəqədər təhsil xidmətlərinin monitorinqində fəal iştirakı ilə şəffaflıq və hesabatlılığın, eləcə də məktəb-cəmiyyət münasibətləriningücləndirilməsinə nail olmaqdır.

Qısa söhbət -Məktəbin direktoru Müşfiq Bilalovla 

Qeyd edək ki, o, 2017- ci ilin iyulundan bu məktəbdə direktor kimi fəaliyyətə başlayıb: 

-Builki qəbul imtahanlarında şagirdlərinizdən necə nəticə gözləyirsiniz? 

-Çalışırıq ki, nəticələrimiz yüksək olsun. Ötən il 4 şagirdimiz ali məktəbə qəbul olub. Nəticənin daha yaxşı olması üçün hazırda ali  məktəbə hazırlaşan şagirdlərlə dərs günü olmasa da, şənbə günləri əlavə məşğul oluruq.Müəllimlərdən xahiş etmişik ki, bu işdə aktiv olsunlar. Diqqət edirəm ki, belə məşğələlər zəif oxuyanlara da maraqlı gəlir. 

-Şagirdləriniz kütləvi idman növlərindən hansında daha çox fəaldırlar? 

-Əsasən,sərbəst güləş və boksda fəaldırlar. Məktəbdə idman müəllimlərimiz də bu işdə şagirdlərə kömək olurlar.

Firayə Allahverdiyeva