Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
Örnək müəllim - Tağıyeva Mənsurə Novruz- Bakı Şəhəri üzrə Təhsil İdarəsi

Tağıyeva Mənsurə Novruz qızı 26.04.1971-ci il tarixində Xocavənd rayonunun Tuğ kəndində anadan olub;

 

1991-1996-ci illərdə Bakı Dövlət Universitetinin Tarix fakültəsində təhsil alıb;

 

1997-2002-ci illər aralığında mətbuatda tədqiqatçı-jurnalist kimi fəaliyyət göstərmiş,tarixi-etnoqrafik,mədəniyyət və incəsənət mövzulu araşdırmalar edib;

 

Müxtəlif qəzetlərdə -“Avropa”,“Bizim Əsr”,“Persona”-da fərqli rubrikalarda-“Nostalji”,“Virtuoz”,“Etnos”, “Prototip”-də araşdırmaları  dərc edilib;

 

2002-2004-cü illərdə “Lider” televiziyasının Azərbaycan redaksiyasında çalışdığı müddətdə televiziyanın “Prototiplər”, “Bakı kəndlərinin etnoqrafiyası” layihələrində,“Tale çarpazları”,“Kürə qovuşan ömür”,“Uzaq sahillərin əfsanəsi”,“Axırıncı aşırıma qədər”,“Dəmir atlı cəngavər”,“Bəyaz tarlanın balladası”,“Qatır Məmməd”,“Ölülər və dirilər”,“Ötən ömrün notları”,“Tənha bülbülün rəqsi”,“Yarımçıq qalmış dosye”,“Yay gününün sazağı” filmlərinin ssenari müəllifidir;

 

2005-ci ildən 287 saylı Zəkalar liseyində tarix müəllimi kimi pedaqoji fəaliyyətə başlayıb;

 

2013-cü ildə Bakı Şəhər Təhsil İdarəsinin respublika məktəblərində keçirdiyi “Azərbaycan tarixi” aylığında  “Fəal təlim əsasında qurulmuş ən yaxşı dərs layihəsi və ya metodiki tövsiyyə” nominasiyasında IV yerə layiq görülüb;

 

 2022-ci ildə Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi tərəfindən Fəxri Fərmana layiq görülüb;