Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
Örnək müəllim - Rəsulova Gülər Ağadadaş- Bakı Şəhəri üzrə Təhsil İdarəsi

Rəsulova Gülər Ağadadaş qızı  10 may1986-cı idə anadan olub;

 

Orta təhsilini Nizami rayonu “Zəngi” liseyində almışdır;

 

Məktəbi bitirən il Azərbaycan Dövlət Pedaqoji Universitetinin “İbtidai təhsilin pedaqogika və metodikası” fakültəsinə daxil olmuşdur;

 

2009-cu ildə  “Müəllimlərin işə qəbulu müsabiqəsi”ndə uğur qazanmış ,Xəzər rayonu 323nömrəli tam orta məktəbdə ibtidai sinif müəllimi kimi fəaliyyətə başlamışdır. 2014-cü ildə yerdəyişmə edərək Nərimanov rayonu 57 nömrəli tam orta məktəbdə pedaqoji fəaliyyətinə davam etmişdir. 2018-ci ildə Direktor müavinləinin işə qəbulu müsabiqəsində uğur qazanaraq 57 nömrəli tam orta məktəbdə direktor müavini kimi fəaliyyətə başlamışdır. Həmin ildə imtahan verərək “Məktəb direktorlarının hazırlığı kursu”na qəbul olmuşdur;


Gülər Rəsulova fəaliyyəti zamanı bəzi yerli və beynəlxalq təlim və seminarlarda iştirak edərək müxtəlif sertifikatlar qazanmışdır. Eləcə də istər təhsil, istərsə də ictimai fəaliyyətində yerli təhsili idarəetmə orqanları tərəfindən fəxri fərmanlarla təltif edilmişdir;


2019-cu ildən fəaliyyətini Məktəb Lisey Kompleksində direktor müavini kimi davam etdirir. Müavinliklə yanaşı təlimçi fəaliyyəti ilə də məşğul olan Gülər Rəsulova respublikmızın müxtəlif regionlarında ibtidai sinif müəllimlərinə “Məktəbəhazırlıq qruplarında işin təşkili metodikası” üzrə təlimlər keçmişdir;

 

 Təhsildə İnkişaf və İnnovasiyalar üzrə VI Qrant müsabiqəsində ekspert və təlimçi kimi də fəaliyyət göstərmişdir;

 

2023-cü ildə keçirilən VII Qrant müsabiqəsində fərdi kateqoriya üzrə qalib olmuşdur.