Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
Örnək müəllim - Samirə Əmrahova

2005-ci ildə Cəlilabad rayon Göytəpə şəhər 1 nömrəli tam orta məktəbində pedaqoji fəaliyyətə başlamışdır.

 

Fəaliyyətə başladığı vaxtdan bu günə qədər şagirdlərinin nailiyyətləri ilə fərqlənmişdir. Hər il yüksək (500-600-dən artıq) bal toplyaraq ali məktəbə qəbul olan şagirdləri arasında müəllimlik peşəsinə yiyələnənlər, Respublika Fənn Olimpiadasınının final turunda, "Ədəbiyyat biliciləri" müsabiqəsində və eləcə də inşa müsabiqələrində respublika üzrə 1-ci yerə layiq görülən şagirdləri də kifayət qədərdir.

 

2015-ci ildə təhsilin inkişafında xidmətlərinə və gənc nəslin təlim-tərbiyəsi sahəsində yüksək nailiyyətlər əldə etdiyinə görə Təhsil nazirinin əmrinə əsasən “Azərbaycan  Respublikası qabaqcıl təhsil işçisi” döş nişanına, 2018-ci ildə Təhsil Nazirliyi tərəfindən keçirilən “Pedaqoji mühazirələr” müsabiqəsində “İstedadlı şagirdlərdə tədqiqatçılıq qabiliyyətinin formalaşdırılması” mövzusunu məruzə edərək "Tərifnaməyə" 2019-cu ildə cənab Prezident İlham Əliyevin Sərəncamına əsasən təhsilin inkişafındakı xidmətlərinə görə “Tərəqqi” medalına layiq görülmüşdür. 2020-ci ildə Təhsil Nazirliyi tərəfindən keçirilən Təhsildə inkişaf  və innovasiyalar üzrə 4-cü qrant müsabiqəsində “Ana dilimizdə dinləyib-anlama bacarığının inkişafı”, 5-ci qrant müsabiqəsində " Gələcəyin xəzinəsi -inkişafetdirici səyyar kitabxana" layihələri ilə qalib olmuşdur.

 

2021-ci 110-dan çox ölkədən 200 mindən çox iştirakçının  qatıldığı Beynəlxalq müəllim müsabiqəsi olan "Global Teacher Award-2021"-də ölkəmizi təmsil edərək qalib olmuşdur.

 

2020-ci ildən TN TSİİ-nin koordinasiya etdiyi “eTwinning plus Azerbaijan” portalına üzv olaraq bir çox beynəlxalq layihələrə qoşularaq Milli və Avropa Keyfiyyət Nişanına layiq görülmüşdür.  Bir neçə beynəlxalq layihənin rəhbəridir. Türkiyənin Eyuder dərnəyinin Cəlilabad üzrə koordinatorudur.

 

Bundan əlavə Samirə Əmrahova  18 elmi məqalənin müəllifidir.

 

Qeyd edək ki, hər zaman şagirdlərinə vətənpərvərlik hissini aşılayan müəllimin 20  nəfərə yaxın şagirdi Vətən müharibəsi iştirakçısı olmuşdur. 4 nəfər şagirdi Vətən müharibəsində şəhid olmuşdur.