Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
Örnək müəllim - Məmmədova Könül Səlahətdin qızı - Dağlıq Şirvan RTİ

Şamaxı şəhər 2 saylı tam orta məktəbin Fizika müəllimidir;

 

Məmmədova Könül Səlahətdin qızı 2020-ci ildə STEAM Azərbaycan layihəsi çərçivəsində PBL, Micro:bit, 3D CAD modulları üzrə təlimi bitirmişdir. 2022-ci ildə Təhsildə İnnovativ Texnologiyalar əlavə Təhsil Mərkəzinin onlayn kommunikasiya məsafədən öyrənmə və İKT savadlılığının artırılması üzrə 36 saatlıq
təlim, 2023-cü ildə Azərbaycan Dövlət Pedaqoji Universitetinin Ümumtəhsil müəssisələrində
STEAM fənninin tədrisinin təkmilləşdirilməsi üzrə STEAM təlimində iştirak etmiş və bu
təlimlər çərçivəsində sertifikatlar almışdır;

 

AMİ Şamaxı filialı tərəfindən "Tənqidi təfəkkürün inkişafı üçün müdafiə və yazı" alternativ proqramı ixtisası üzrə ixtisasartırma kursunu bitirmişdir;

 


Rəhbərlik etdiyi komanda 9-10 dekabr 2022 ci il tarixlərində "STEAM Azərbaycan" layihəsi çərçivəsində keçirilən SAF STEAM Azərbaycan beynəlxalq yarışında IV yeri tutmuşdur;

 

2022-2023-cü tədris ilində 7-ci sinif şagirdi Mütəllimov Siyavuş Vüsal oğlu Fizika fənni üzrə Respublika fənn müsabiqəsində bürünc medal qazanmışdır;

 

11-ci sinif şagirdi Əliyev Cəlil Rəsul oğlu isə Respublika Fənn Olimpiadasında fizika fənni üzrə bürünc medal qazanmışdır.