Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
Örnək müəllim - Vəliyeva Fatma Qərib - Dağlıq Şirvan RTİ

İsmayıllı şəhər A.Aslanov adına 2 saylı tam orta məktəbin tarix müəllimidir;

 


Vəliyeva Fatma Qərib qızı – 1985- ci ildə İsmayıllı şəhərində anadan olmuş , 2002-2006-
cı illərdə Bakı Dövlət Universitetinin tarix fakültəsində təhsil almış, 2006 –cı il tarixdən İsmayıllı
şəhər Ağahüseyn Aslanov adına 2 nömrəli tam orta məktəbində işləyir.

 


Ayrı-ayrı vaxtlarda Azərbaycan Respublikası Təhsil Nazirliyi və digər aidiyyati qurumlar
tərəfindən təşkil edilən təlimlərdə yaxından iştirak edərək müvafiq sertifikatlar əldə etmişdir. Belə
ki, Təhsildə İnnovativ Texnologiyalar Əlavə Təhsil Mərkəzinin təşkil etdiyi “Gələcək üçün Təhsil”,
Mədəd Azərbaycan təşkilatının təşkil etdiyi “Müəllimlərin Peşəkarlıq Səviyyəsinin
Təkmilləşdirilməsi kursu”, XXI əsr Beynəlxalq Təhsil və İnnovasiya Mərkəzinin təşkil etdiyi
“Ümumi orta təhsil səviyyəsində fənn kurrikulumlarının tətbiqi”, Təhsildə İnnovativ
Texnologiyalar Əlavə Təhsil Mərkəzinin "MS TEAMS təlim / Virtual mühitdə dərslərin səmərəli
təşkili"üzrə təlimlərində və sair təlim, seminar, kurslarda yaxından iştirak etmişdir;

 


Məktəb “ Kiçik Akademiya”sının tarix bölməsinə rəhbərlik etməklə bu fənnə marağı olan
şagirdləri kiçik tədqiqatların aparılmasına, ölkəmizin tarixi keçmişinin dərindən öyrənilməsinə
cəlb etməklə biliklərininin daha da dərinləşməsinə nail olmuşdur;

 


Ali məktəblərə qəbul imtahanlarında məktəbin məzunları tarix fənni üzrə yüksək nəticələr
göstərmişlər;


Fatma Vəliyeva məktəbdə tarix və coğrafiya fənn metodbirləşməsinin rəhbəri kimi bu
fənlərin təlim keyfiyyətlərinin yüksəldilməsi sahəsində uğurlu nəticələr qazanmışdır.
Məhz bunun nəticəsidir ki, Respublika Fənn Olimpiadalarında tarix fənni üzrə Fatma
müəllimənin şagirdlərindən Ləman Mikayılova 2019-2020- ci dərs ilində III yeri tutaraq Bürünc,
2021-2022- ci dərs ilində Ziya Muradlı II yeri tutaraq Gümüş, 2022-2023- cü dərs ilində isə daha
böyük nailiyyət: Sona Bəkirova I yeri tutaraq Qızıl, Ziya Muradlı II yeri tutaraq Gümüş , Mədinə
Əliyeva isə III yeri tutaraq Bürünc medal qazanmışlar;

 


Son 4 ildə məktəbin 7 nəfər şagirdi RFO –da tarix fənni üzrə finala çıxmış, onlardan 5 nəfəri – 1 qızıl, 2 gümüş və 2 bürünc medal qazanmışlar;

 


2022-2023- cü dərsç ilində RFO- da Fatma Vəliyevanın şagirdlərinin qazandığı 3 medal və coğrafiya fənni üzrə qazanılmış 1 qızıl medal sayəsində məktəb ölkənin ən qabaqcıl 10  məktəbi sırasına çıxmışdır;


F.Vəliyeva “eTwinning Plus” beynəlxalq layihəsində şagirdlərlə birgə iştirak etmiş və Milli Keyfiyyət nişanına layiq görülmüşdür;


F.Vəliyeva 2021-ci ildə Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin “ Fəxri Fərmanı” ilə təltif olunmuşdur;

 

Müxtəlif illərdə DŞRTİ-i, İsmayıllı Rayon Təhsil Şöbəsi və məktəb rəhbərliyi tərəfindən diplom və hədiyyələrlə təltif olunmuşdur;

 


Təhsildə əldə etdiyi nəticələrə görə F. Vəliyeva DŞRTİ üzrə Azərbaycan Müəllimlərinin XVI qurultayına nümayəndə seçilmişdir.