Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
Örnək müəllim - Kərimov Müsavəddin Alı - Dağlıq Şirvan RTİ

İsmayıllı şəhər Natiq Behdiyev adına 6 saylı tam orta məktəbin Riyaziyyat- İnformatika müəllimidir;

 


Kərimov Müsavəddin Alı oğlu 1960-cı il 14 iyul tarixində İsmayıllı rayonunun İsmayıllı kəndində anadan olmub. 1977-ci ildə İsmayıllı şəhər 3 №-li orta məktəbi bitirmişdir. Həmin ildə Azərbaycan Pedaqoji Universitetinin riyaziyyat fakültəsinə daxil olmuşdur. 1981-ci ildə universiteti bitirərək riyaziyyat müəllimi ixtisasına yiyələnərək təyinatla İsmayıllı rayonuna müəllim göndərilmişdir;

 

1981-ci ildə İsmayıllı rayonu İsmayıllı kənd orta məktəbinə (hal-hazırda Natiq Behdiyev adına şəhər 6 nömrəli tam orta məktəbi ) təyin edilmişdir;


1986-cı ildə attestasiyadan keçərək “Baş müəllim” adına layiq görülmüşdür. 1986-1988-ci illərdə Elm və Təhsil Nazirliyinin keçirdiyi müvafiq kurslardan keçərək informatika müəllimi ixtisasına da yiyələnmişdir;

 

2001-ci ildə “İlin ən yaxşı müəllimi” Respublika müsabiqəsində iştirak etmiş və müsabiqənin nəticələrinə görə Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyinin diplomu ilə təltif edilmişdir;

 

4 oktyabr 2005-ci ildə Azərbaycan Respublikasının Prezidentinin sərəncamı ilə ona
“Əməkdar müəllim” fəxri adı verilmişdir;

 

2005-ci ildə ABŞ Dövlət Departamentinin Təhsil və Mədəniyyət işləri üzrə bürosunun
vəsaiti hesabına “Projeck Harmony” təşkilatının keçirdiyi müsabiqədə qalib gələrək məktəbdə
“İnternet Komputer Mərkəzi” yaradıldı;


2006-cı ildə Azərbaycan Televiziya və Radio QSC təşkil etdiyi məktəblilərin “Tusi” klubu
televiziya müsabiqəsində sinif rəhbəri olduğu sinfin şagirdlərindən təşkil olunmuş “Qalaktika”
komandası bütün mərhələlərdə qalib gələrək “Super kubok” un sahibi olmuşdur;

 

2018-ci ildə dərs dediyin sinif şagirdlərindən 7 nəfəri 600 baldan yüksək nəticə
toplayaraq universitetlərə daxil olmuşdur. Belə ki,onlardan biri 700 bal (Əsədov Vasif ) , digəri isə 692 bal (Ağayev Ramil) toplayaraq Prezident təqaüdünə layiq görülmüşlər;


2022-ci ildə şagirdi Ağayev Raul Mübariz oğlu riyaziyyat fənni üzrə Respublika fənn
olimpiadasının qalibi olaraq bürünc medalla təltif edilmişdir;

 
Hal-hazirda Müsavəddin müəllim N.Behdiyev adına 6 №-li tam orta məktəbdə pedaqoji fəaliyyətini uğurla davam etdirir.