Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
Örnək müəllim - Hacıyev Xeybər Heydər - Mərkəzi Aran RTİ

 

Ucar şəhər 4 nömrəli tam orta məktəbin Riyaziyyat müəllimi;

 

1978-1982-ci illərdə Azərbaycan Dövlət Pedaqoji İnstitutunun (indiki Azərbaycan Dövlət Pedaqoji Universiteti) riyaziyyat müəllimliyi ixtisasını bitirib;

 

Həmin ildən də Ucar rayonu Çiyni kəndində riyaziyyat müəllimi kimi pedaqoji fəaliyyətinə başlayıb. 1985-ci ildə müəllimlik fəaliyyəti ilk dəfə Azərbaycan Maarif  Nazirliyi (indiki Elm və Təhsil Nazirliyi) tərəfindən qiymətləndirilmiş və Fəxri Fərmanla təltif olunub;

 

1987-ci ilin sentyabr ayından Ucar şəhər 4 nömrəli tam orta məktəbinə təlim-tərbiyə işləri üzrə direktor müavini təyin olunub və 2004-cü ilə qədər də həmin vəzifədə çalışıb;

 

2004-cü ildən rayonda riyaziyyat müəllimi kimi fəaliyyətini davam etdirib;

 

Hazırda 27 şagirdi riyaziyyat müəllimi olaraq çalışır;

 

2005-ci ildə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq sərəncamı ilə “Tərəqqi” medalına, 2015-ci ildə isə “Əməkdar müəllim” fəxri adına layiq görülüb;

 

2007-2008-ci tədris ilində “Ən yaxşı 100 müəllim” müsabiqəsinin qalibi olub;

 

2010-2018-ci illərdə onun şagirdlərindən Hacılı İmran, Əliyeva Zəhraxanım, Şamilov Şamil Respublika üzrə keçirilən “Sabahın alimləri” müsabiqəsində iştirak edərək 2-ci və 3-cü yerləri qazanıblar;

 

Respublikanın müxtəlif qəzet və jurnallarında təklif və məqalələrlə çıxış edib və eyni zamanda “Məntiq və riyaziyyat” elmi – kütləvi məntiqi-riyazi jurnalın redaksiya heyətinin üzvü olub;

 

Hazırda Xeybər Hacıyev Ucar rayonunda riyaziyyat fənninin sirlərini şagirdlərinə sevə-sevə öyrədir.