Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
Örnək müəllim - Elçin Abbasov

"Mənim bir müəllim kimi həyat hekayəm universiteti bitirib hərbi xidmətdən qayıtdıqdan sonra Cəlilabad rayon Alar kənd 2 saylı tam orta məktəbdə başladı və hələ də burada davam edir. Burada işləməyimdən məmnun deyiləm desəm düz çıxmaz. Bunu desəm ən azından şagirdlərimə haqsızlıq etmiş olaram. Çünki şagirdlərim məni sevir, necəki mən onları sevirəm.

İlk illər əlbəttə müəyyən çətinliklər olurdu. İş yoldaşlarımdan, işlədiyim kəndin camaatından aldığım dəstək hesabına bu çətinliklərin öhdəsindən gəldim. Həyat yoldaşımla burada tanış oldum və bu səbəb məni məktəbə daha da çox bağladı.

Həyat yoldaşım da işlədiyim məktəbin fizika müəllimidi. İşlədiyim gündən şagirdlərimlə dost münasibət qurmağa çalışdım. Bu proses indi də davam edir. Fikirləşirəm ki, şagirdlərlə nə qədər dost olsan, nə qədər səmimi olsan bu bir o qədər təlim-tərbiyə prosesinə müsbət təsirini göstərəcək. Bu məndə alındı. İxtisasım fizika olsa da, zərurət yarandığından riyaziyyat fənnini də tədris edirəm. Çalışıram dərslərimi əsasən yeni təlim metodları ilə keçim. Bir neçə dəfə kurikulum kurslarında, İKT-nin tədrisə tətbiqi kurslarında iştirak edərək sertifkatlar əldə etmişəm. Dərslərimi kurikulum üsulu ilə keçməyimdə bu təlimlərin böyük əhəmiyyəti olmuşdur. 2018-ci ilin yayında TİPİİ-nin keçirdiyi “Həyat bilgisinin tədrisi metodikası” təlimində iştirak etdim. Bu təlimdə öyrəndiklərimi Həyat bilgisi dərslərində tətbiq etdikdə nəticənin dəyişdiyni, şagirdlərin artıq bu fənnə ikinci dərəcəli fənn kimi baxmadıqlarının şahidi oldum. Dərslərdə müxtəlif yeni üsullardan istifadə edirəm. Şagirdlərimin əsasən rollu oyunlardan xoşu gəlir. Həyat bilgisi dərsində hər hansı hadisəni səhnələşdiririk və iştirak etməyən tamaşaçı uşaqlar müsbət və mənfi qəhrəmanları qiymətləndirir. Dərsin mövzusuna aid esselər yazıb sinif divarından asırlar. Mövzuya aid yarışmalar təşkil edirik. Həyat bilgisi dərsində yol hərəkəti qaydalarını öyrənəndə, şagirdlərimin hər birinə ayrı ayrılıqda tapşırmışdım ki, hərə bir yol nişanının, yolun özünün, üst piyada keçidlərinin maketlərini düzəldib gətirsinlər. Növbəti dərsdə yolu və nişanları yerinə qoyanda maraqlı mənzərə alındı. Yolun tam maketini görən uşaqlar dərsi tam mənimsəmiş oldular. Yaxşı işləri olanda işləriylə birgə şagirdlərlə selfi edirik, şəkil çəkdiririk, bu onları sevindirir. Bu dərsdən də çəkdiyimiz şəkillərdən video çarx hazırlayıb YouTube də, facebook səhifəsində paylaşdım. Avtosfer.az saytı bu paylaşımdan yazı hazırlayıb öz saytlarında verdilər. Dərs prosesində motivasiyanı artırmaq üçün bəzən şeir oxuyuram, bəzən məzəli əhvalat danışıram, hətda mahnı oxuduğum da olub. Dərs daxilində, bəzən də siniflərarası bilik yarışları təşkil edirəm. Qalib şagirdlərə kiçik də olsa hədiyyələr verirəm. Bu da şagirdlərdə öyrənmə məsuliyyətini artırır.

Bütün bunlarla bərabər məktəbdə müxtəlif tədbirlər təşkil edirəm. Bu tədbirləri çox vaxt özüm tək təşkil edirəm. Məktəbdə dəqiq fənnləri tədris etməyimə baxmayaraq, müxtəlif tədbirlər üçün ssenarinin yazılmağından tutmuş, şagirdlərin hazırlaşmasına qədər, dekorasiyanın qurulmasına qədər, lazım olacaq avadanlıqların tapılmasına qədər bütün işləri özüm edrəm. Məktəbimiz şəraitsiz olduğuna görə, bütün bunların öhdəsindən gəlmək çətin olur. Amma mən bütün bu işləri sevə-sevə öz öhdəmə götürürəm. Bəzi tədbirlərdə həyat yoldaşım Ülkər müəllimə (məktəbin fizika müəllimi) və UTB-nin sədri Vüsalə müəllimə də öz köməkliklərini göstərirlər. Məktəbdə Xocalı soyqırımı ilə bağlı, Bayraq günü ilə bağlı, Ulu öndər Heydər Əliyevin doğum günü ilə bağlı şagirdlərin iştirakı ilə fləşmoblar təşkil etmişəm. Xocalı soyqırımı, 8 Mart Qadınlar bayramı, Novruz bayramı, Cümhuriyyətin 100 illiyi, Yeni il bayramı tədbirlərinə də təşkilatçılıq etmişəm. Cümhuriyyətin 100 illiyinə və Bayrağımızın yaranmasının 100 iliyinə həsr olunmuş ayrı-ayrılıqda məxtəbdaxili bilik yarışmaları təşkil edib, fərqlənən şagirdlərə diplomlar təqdim olunmasını təşkil etmişəm. Şagirdlərim üçün ekuskursiyalar təşkil edirəm, onları öz təşəbbüsümlə rayonda keçirilən müxtəlif tədbirlərə, təşkil olunmuş sərgilərə aparıram. Kitabaxanaya maraqlarını artırmaq üçün müxtəlif kitablardan söhbət açır, yazıçılar haqqında danışıram. Onlara kitab verib iki-üç günə oxuyub mənə qaytarmasını istəyirəm. Kitabı qaytaranda kitabdakı hekayələri, qəhrəmanları müzakirə edirik. Əlbəttə bütün bunlar könüllülük əsasında baş verir. Nəticədə, şagirdlərin məktəb kitabxanasına axınının şahidi oluruq.

Bir dəfə məktəbdə 8 Mart qabağı belə bir müsabiqə təşkil etdim: Şagirdlərə tapşırdım ki, maraqlı zərflər, açıqçalar düzəldib içərisinə ürək sözlərini yazıb qadın müəllimələrə təqdim etsinlər. Fikrim şagirdlər tərəfindən çox gözəl qarşılandı. 150-yə yaxın zərf hazırlanaraq bayram tədbirində müəllimələrə təqdim olundu. Qadın müəllimələr bu hədiyyələrə çox sevindilər. Bununla göstərmək istəyirdim ki, hər il az qala ölkə səviyyəsində söz-söhbətə səbəb olan “8 Mart hədiyələri” mövzusunu başqa cür də həll etmək olar.

“Xocalı soyqırımı uşaqların gözü ilə“ rəsm müsabiqəsi təşkil edib, şagirdlərin çəkdikləri rəsmləri divardan asaraq nümayiş etdirdim. Bütün bu işlərin nəticəsi olaraq, fərqlənən şagirdlərə təqdim olunmaq üçün diplomlar təşkil etmişəm.

Məktəbdə 31 Mart soyqırımıyla bağlı təşkilat saatı keçirmiş, Ulu öndərin anım mərasimiylə bağlı dəyirmi masanın təşkilatçılığını etmişəm.

Gələcək fəaliyyətimdə məxtəbdaxili esse yarışları təşkil etmək istəyirəm. İsedadlı uşaqları üzə çıxarmaq, onları müxtəlif yerlərə yönləndirmək gələcək planlarımdan biridir. Ən böyük arzularımdan biri də şagirdlərimi teatra aparmaqdı. Şagirdlərim indiyə qədər tamaşa izləməyiblər və inanıram ki, izləsələr çox sevinəcəklər. Onların sevinci mənim ən böyük mükafatımdı.

Keçən ilin may ayında beynəlxalq təlimçilərin apardığı STEM təliminə qatıldım. Bu üsul məndə böyük maraq oyatdı və həmin ilin sentyabr ayında Təhsil Nazirliyinin rəsmi layihəsi olan “STEM Azərbaycanda” layihəsi çərçivəsində bu layihənin rəhbəri Aliyə Əhmədovanın “STEM Azərbaycanda” konfransına qatıldım. Bu tədris ilində mütəmadi olaraq STEM üsullu dərslər keçməyə başladım. Bu dərslər qurma, düzəltmə, müəhəndislik bacarıqları üzərində qurulduğundan şagirdlərim tərəfindən çox gözəl qarşılandı. 2018-ci ilin oktyabrında şagirdlərimlə “STEM Azərbaycanda” layihəsi çərçivəsində Beynəlxalq World Space Week (october 4-9) tədbirlərinə qatıldıq, şagirdlərimin hazırladıqları göy cisimlərinin maketlərinin şəkillərini “STEM Azərbaycanda” facebook səhifəsində paylaşdım. Şagirdlərimin işləri bəyənildi. Mən və şagirdlərim sertifkat qazandıq. Bu ilin aprel ayında yenə də şagirdlərimlə ölkəmizdə rəsmi rəhbəri “STEM Azərbaycanda” layihəsinin rəhbəri Aliyə Əhmədova olan SDW-2019 Discovery Week (22-28 April) tədbirlərinə qatlaraq “Elektrik dövrəsi və onun elementləri” mövzusunda 7E üsulu ilə “Ən yaxşı STEM dərs planım” əsasında fizika dərsi hazırladım. Şagirdlərim dərsdə fəallıq göstərərək tələb olunan XXI əsr bacarıqlarını nümayiş etdirdilər. Dərsin videosunu YouTube kanalında paylaşıb, bu linki dərsdən götürülmüş şəkillərlə bərabər “STEM Azərbaycanda” facebook səhifəsində paylaşdım. Avropanın 40 ölkəsindən 4700 məktəbin qatıldığı bu tədbirə ölkəmizdə 3 şəhər, 4 rayon məktəbi olmaqla 7 məktəb müəllim və şagirdlərinə, eləcə də mən və 6 şagirdimə Brüssel mərkəzinin fəal iştirak sertifkatı verildi. Bu barədə muellim.edu.az və demokrat.az saytlarında yazılar çıxdı. Şagirdlərim hər iki sertifkatı alanda, hələ saytlarda şəkillərini görəndə duyduqları sevinci sözlə ifadə etmək olmur. Sertifkatları məktəb rəhbərliyinin təşkilatçılığı ilə məktəbdə tədbir təşkil edərək şagirdlərə təqdim etdik.

Qeyd edim ki, layihələrdə, tədbirlərdə fərqlənən nümunəvi şagirlərimin valideynlərinə “Təşəkkür məktubları” yazıb göndərirəm. Bu da həm valideynləri, həm də şagirdləri ruhlandırır.

Bütün bunlarla bərabər işlədiyim məktəbin şagirdləridə daxil olmaqla ətrafda yerləşən üç məktəbin şagirdlərindən ibarət ""Turan"" Skaut dəstəsinə təlimlər keçirik. Bu dəstəni M.İbrahimov adına liseyin tarix müəllimi Natiq Cavadovla birgə düzəltmişik. Bizimlə bərabər həyat yoldaşım Ülkər müəllimə də dəstə lideridir. Məqsədimiz, son dövrlər Azərbaycanda geniş vüsət almış skaut hərəkatının qanunlarına riayət etmək, şagirdlərimizdə mübarizlik, vətənpərvərlik ruhunu aşılamaq, eksteremal vəziyyətlərdən çıxış yolunu tapmağı öyrətmək, yoldaşlıqda düzlük, paylaşmaq kimi keyfiyyətləri nümayiş etdirmək, skautun təbiətin dostu olduğunu təbliğ etməkdir. Seçdiyimiz dərslərində fəal, aktiv, nizam intizamlı şagirdlərimiz təlimlərdə də aktivlik nümayiş etdirir. Yayda onları ASA-nın təşkil etdiyi düşərgəyə aparmağı planlaşdırırıq.Gördüyümüz bütün işləri, istər məktəb tədbirlərini, istərsə də qeyri formal təlim növü olan Skaut təlimlərindəki məşqlərimizi yaratdığım ""Alar 2 saylı tam orta məktəb"", ""Skaut Cəlilabad"", ""Cənub qapısı"" facebook səhifələrimizdə paylaşıram.

Müxtəlif saytlarda fəaliyyətlərimiz haqqında çıxan yazılar:

1) http://avtosfer.az/news/76214?fbclid=IwAR1_BZH0cHC18iG58LX2oZ1ALeUQNVu6FAX6oe56f1BYnRn4RjQ57xaLka8

2) http://demokrat.az/news/12997?fbclid=IwAR0O8NvyDf5piU9V1_KCAU4CxJAp9jY3Dij8EWt2hQNpPSsiUdePsrUza4A

3) http://azedu.az/az/news/14023?fbclid=IwAR31oqkdK28z39AV5QKeyUgMwqyErV8z5QnGUqrrP95_eDdIiL5sD00OtTo

4) https://report.az/elm-ve-tehsil/celilabadda-skaut-gelecek-neslin-lideri-layihesinin-teqdimati/?fbclid=IwAR1Ura6DtXZOIk-zr2OMiD4oQvLPN6eBnryoBN1qGKHw_otwORp6CT8PH0o

5) https://www.interpress.az/111271-clilabadda-ilk-df-skaut-glck-nslin-lideri-layihsinin-tqdimat-ba-tutub-foto.html?fbclid=IwAR3YJUjsruWU24763Kz7_hoVMNtUtf5o52iAXM2bROyAULZeTrCxGpZzy3A#.XOeloBYzbIV

 

 

"Məktəbdənkənar fəaliyyətlərim də mövcuddur. İşlədiyim Alar kəndindən İncəçay keçir. İstər rayon rəhbərliyini, istərsədə kənd camaatını bu çayın zibilli olması həmişə narahat edirdi. Bu mövzu mənim də diqqətimdəydi. Facebookda tez-tez paylaşılan trashtag aksiyasına qoşulmaq istədim və fikrimi Natiq müəllimlə bölüşdüm. Skaut dəstə üzvlərimizlə birgə çayın bir hissəsini təmizlədik və əvvəl-sonra fotolarını facebook səhifəsində paylaşdıq. Aksiya böyük bir maraqla qarşılandı. Paylaşımların çoxluğu marağa səbəb olmuş, Azedu.az saytı mənə müraciət edərək müsahibə almaq istədiyini bildirmişdilər. Çox maraqlı müsahibə alındı.

 

Bir başqa aksiyanı məktəbdə təşkil etmişəm. Şagirdlərimə tullantılardan nələrsə düzəldib gətirmələrini tapşırmışam. Şagirdlərim plastik butulkalardan, kartonlardan, köhnə paltarlardan müktəlif oyuncaqlar, qələmqabları, müxtəlif maketlər və s. düzəldib gətirirlər. Onlara söz vermişəm ki, işlər çoxalandan sonra məktəbdə sərgi təşkil edəcəm və fərqlənən işlərin sahiblərinə təltifnamələr verilməsini təmin edəcəm. Bununla da onlara aşılamaq istəyirəm ki, tullantılar da işə yarayır, həm də atılan zibillər azalır.

 

Bundan əlavə imkanı olmayan valideyinlərin uşaqlarına təmənnasız repetitorluq edirəm. Bunu elə edirəm ki, sinif yoldaşları əlavə dərsləri təmənnasız keçdiyimi bilməsin. Fikirləşirəm ki, bu bilinsə uşaq utana bilər.

 

Ətrafda gənc, istedadlı yoldaşlar var ki, onlara dətək lazımdı. Onları rastıma çıxan uyğun işlərə yönləndirməyə çalışıram, qatıldıqları aksiyalarda çalışdıqca dəstək oluram.

 

Ümumiyyətlə çalışdıqca yardımlaşıram və bu mənə zövq verir.