Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
Örnək müəllim - Rəhimova Nuranə Elman - Mərkəzi Aran RTİ

 

Yevlax şəhər N.Nərimanov adına 9 nömrəli tam orta məktəbin Tarix müəllimi;

 

 

1989-cü ildə Bakı Dövlət Universitetinə daxil olaraq, 1995-ci ildə Bakı Dövlət Universitetin  bibloqrafiya  ixtisasını bitirib;

 

1996-ci ildən Yevlax şəhər N.Nərimanov adına 9 nömrəli (əvvəlki adı N.Nərimanov adına 15 saylı dəmiryol məktəbi) tam orta məktəbdə tarix müəllimi kimi fəaliyyətə başlayıb;

 

2001-ci ildə Mingəçevir Azərbaycan Müəllim İnstitutunun (indiki Mingəçevir Dövlət Universitetinin) ixtisasartırmanın tarix müəllimliyi ixtisasını bitirib;

 

Hal-hazırda Yevlax şəhər N.Nərimanov adına 9 nömrəli tam orta məktəbdə tarix müəllimi kimi çalışır;

 

2017-ci ildə Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Fəxri Fərmanı ilə, 2022-ci ildə isə Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamı ilə “Tərəqqi” medalına layiq görülüb;

 

Dərs dediyi şagirdi Fuad Xəlilov 2018 və 2019-cu illərdə Respublika Fənn Olimpiadasının gümüş, 2020-ci ildə isə qızıl medalını qazanıb.