Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
Örnək müəllim - Kərimxanova Telli Telman - Mərkəzi Aran RTİ

 

Yevlax şəhər S.Vurğun adına 5 nömrəli tam orta məktəbin Riyaziyyat müəllimi;

 

1994-cü ildə N.Tusi adına Azərbaycan Pedoqoji Universtetinin pedoqogikası və ibtidai təhsilin metodikası ixtisasına daxil olub;

 

1996-cı ildə Yevlax şəhər S.Vurğun adına 5 nömrəli tam orta məktəbdə laborant vəzifəsində çalışıb;

 

1997-ci ildən həmin məktəbdə ixtisası üzrə ibtidai sinif müəllimi olaraq çalışır;

 

2005-2006-cı illərdə Bakı Pedoqoji kadrların ixtisasartırma və yenidənhazırlanma İnstitutunun riyaziyyat və informatika müəllimliyi ixtisası üzrə təhsil alıb;

 

2019-cü ildə isə Prezidentin müvafiq sərəncamı ilə “Tərəqqi” medalına layiq görülüb;

 

2020-ci ildən Təhsildə İnnovativ Texnologiyalar Əlavə Tədris Mərkəzinin təlimçisi kimi fəaliyyət göstərir;

 

ADA Universiteti Qazax filialının təşəbbüsü və təşkilatçılığı, Qarabağ Dirçəliş Fondu və Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad edilmiş ərazilərdə (Şuşa rayonu istisna olmaqla) Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin dəstəyi ilə “Qarabağın bərpası şagirdlərin gözü ilə” şüarı altında“Azərbaycanın gənc qurucuları” adlı ölkə üzrə ilk layihə əsaslı olimpiadada öz komandası ilə 2-ci yerin qalibi olub.