Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
Örnək müəllim - Məmmədova Aygün Novruz - Mərkəzi Aran RTİ

 

Mingəçevir şəhər N.Ahəngari adına 13 nömrəli tam orta məktəbin Coğrafiya müəllimi;

 

 1997-2002-ci ildə Nəsrəddin Tusi adına Azərbaycan Dövlət Pedaqoji Universitetinin coğrafiya müəllimliyi ixtisasını fərqlənmə diplomu ilə bitirib.  Pedaqoji fəaliyyətinə ilk qədəm qoyduğu Tərtər rayonu Qaradağlı kənd tam orta məktəbində başlayıb;

 

  5 (beş) il müddətində kənd məktəbində coğrafiya müəllimi vəzifəsində çalışıb. Daha sonra 2013-2014-cü illərdə Mingəçevir şəhəri üzrə təhsil sektorunda (əvvəlki Mingəçevir şəhər Təhsil Şöbəsi) metodist vəzifəsində işləyib;

 

2014-cü ildən etibarən öz pedaqoji fəaliyyətini Mingəçevir şəhər N.Ahəngari adına 13 nömrəli tam orta məktəbdə  davam etdirir;

 

 Elm və Təhsil Nazirliyinin keçirdiyi Müəllimlərin İşə Qəbulu (MİQ) müsabiqəsi, müxtəlif kurs və təlimlərdə iştirak edərək yüksək nəticə göstərib;

 

Pedaqoji fəaliyyəti dövründə şagirdləri 2020-2021-ci il tədris ilində Respublika fənn olimpiadasında 1 qızıl, 1 gümüş, 2021-2022-ci tədris ilində Respublika fənn olimpiadasında 1 gümüş medala layiq görülüb;

 

Avropa Fənn Olimpiadasından komanda üzrə (cütlük) 1 qızıl, 2022-2023-cü tədris ilində isə 1 gümüş, 1 bürünc medala layiq görülüblər;

 

Şagirdi Həsənov Arif Fəxri oğlu ardıcıl olaraq 3 dəfə RFO qalibi olub;

 

(1 qızıl, 2 gümüş). İşlədiyi illər ərzində şagirdlərin təlim-tərbiyəsi sahəsində göstərdiyi fəal və nümunəvi xidmətinə görə 2022-ci ildə Prezidentin müvafiq sərəncamı ilə “Tərəqqi” medalına, Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin 2 dəfə Fəxri Fərmanı ilə təltif olunub;

 

Bundan əlavə olaraq 2022/2023-cü tədris ilində səmərəli fəaliyyətinə, nümunəvi və fəal xidmətlərinə görə Mərkəzi Aran Regional Təhsil İdarəsi tərəfindən Fəxri Fərmanla təltif olunub;

 

Eləcə də Mingəçevir şəhəri üzrə təhsil sektoru, Mingəçevir şəhər N.Ahəngari adına 13 nömrəli tam orta məktəbin rəhbərliyi tərəfindən dəfələrlə Fəxri Fərman və Təşəkkürnamələrlə təltif olunub.