Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
Örnək müəllim - Aynur İbrahimova

 

Mən İbrahimova Aynur Mahir qızı Göyçay rayonu Müskürlü kəndində yaşayıram. 2013-cü ildə Müəllimlərin İşə Qəbulu müsabiqəsində iştirak edərək yaşadığım ünvandan 60 km məsafədə yerləşən Ucar rayonunun ən ucqar kənd məktəblərinin birində-Təzə Şilyan kənd tam orta məktəbində Azərbaycan dili və Ədəbiyyat müəllimi kimi fəaliyyətə başlamışam. İşlədiyim təhsil müəssisəsinin ucqar kənd məktəbi olması, uzun illər qəbul nəticələrinin olmaması, valideynələrin övladlarının təhsilinə biganə yanaşması , kənardan gələn gənc müəllim kimi məktəb kollektivi və kənd əhalisi tərəfindən güclü dəstək almamağıma baxmayaraq, tədris etdiyim fənni(Azərbaycan dili və Ədəbiyyat) qısa zamanda şagirdlərimə sevdirə bildim. Bunun üçün ucqar kənd məktəbində heç vaxt tətbiq olunmayan müasir dərsin tələblərindən biri olan İKT-ni cəlb elədim. Onun üstünlüklərindən istifadə edərək , dərslərimi daha interaktiv, əyləncəli və şagirdlərimin istək və maraqlarına uygun olaraq qurmağa çalışdım. Bu cür dərslərin keçirilməsi ənənə halını aldı. Bununla da həm məktəb kollektivi, həm də valideynlər arasında tədris etdiyim fənlə diqqəti cəlb edə bildim. Aşağı sinifdən fənnimi tədris etdiyim şagirdlərimin müxtəlif müsabiqə və qəbul imtahanlarında əldə etdikləri uğurlu nəticələri işimə məsuliyyətimi və sevgimi daha da artırdı.

 

Bu gün də dərslərimi şagirdlərimlə təkcə müəllim-şagird münasibəti çərçivəsində deyil, hər birinin fərdi şəkildə-istək və maraqlarına uyğun olaraq qurmağa çalışıram. Bu, dərslərimdə fərqlilyi və tədrisin gedişatında rəngarəngliyi yaradır.

 

Məktəbdənkənar cəmiyyət üçün göstərdiyim fəaliyyətdə başlıca iş prinsipim işlədiyim kəndin əhalisi ilə daha sıx əlaqədə olmaqdır. Belə ki, məktəbdənkənar işlərin həyata keçirilməsində çox zaman onları da cəlb edirəm. Bununla yanaşı, tədris ili ərzində, bayram günlərində, qeyri-iş günlərində rayon və rayona yaxın ərazilərdə yerləşən tarixi abidələrə, muzeylərə ekuskursiyalar təşkil etməklə, şagirdlərimin dünyagörüşünün genişləndirilməsinə, əsl azərbaycanlıya xas olan yüksək mənəvi və əxlaqi keyfiyyətlərin formalaşdırılmasına imkan yaradıram. Hər bir şagirdimdə əsas diqqət etdiyim və formalaşdırmağa çalışdığm keyfiyyəti-vətənpərvərlik hissini aşılamaq, onları vətənpərvər ruhda yetişdirmək məqsədi ilə Qarabağ veteranları və onların ailələri ilə də görüşlər təşkil edirəm.

Əvvəlcədən qeydlər apararaq müəyyən etdiyim imkansız ailədən olan və yaxud valideynlərinin birini, bəzən hər ikisini itirən şagirdlərimi qruplar şəklində təşkil edərək dərsdən sonra məşğələlər keçirəm. Digər xüsusi qabiliyyətli şagirdlərimi valideynlərinin və öz istəklərinə uyğun sahib olduqları bacarıqları(bədii qiraət, mahnı, rəqs,aktyorluq) inkişaf etdirmək istiqamətində köməklik edir, öz istəkləri ilə sevdikləri sahə üzrə hazırlamaqda bacardığım yardımı edirəm. Nəticədə ali təhsil ala bilməyən şagirdlərim də təhsilsiz qalmır, ən yaxşı halda peşə təhsili istiqamətində formalaşırlar.

 

Bundan əlavə Rayon Təhsil Şöbəsinin həyata keçirəcəyi tədbirlərin hazırlanıb təşkil edilməsində gənc bir müəllim kimi yaxından iştirak edirəm.

 

Fənnimi tədris etdiyim siniflərdə şagirdlərin bilik və bacarıqlarını nəzərə alaraq dərsdən sonra məktəbin kiçik akademiyasının üzvləri olan istedadlı şagirdlərin üzə çıxarılması, onların rayon və Respublika səviyyəli müsabiqələrə hazırlanmasını həyata keçirirəm. Bütün bunlarla yanaşı, məktəbdə təşkil olunan fəndaxili və fənlərarası intellektual yarışların təşkili, onların keçirilməsini, həmçinin tədris ili ərzində yubleyi olan tarixi şəxsiyyətlərin, ədiblərin həyat və fəaliyyətini əks etdirən ədəbi-bədii gecələrin hazırlanmsında və həyata keçirilməsində yaxından iştirak edirəm. Şagirdlərimin hər bir uğuru mənim elə öz uğurumdur.

 

Təhsil müəssisəsində fəaliyyətə başladığım zamandan müəllim həmkarlarıma dəstək olmağa çalışmışam. Təşkil etdiyim açıq dərslərdə çalışıram ki, məktəbdə müəllim kollektivinin çox hissəsinin iştirakını təmin edə bilim. Bununla həm metodologiyamı müəllim həmkarlarıma çatdırmağa nail oluram, eyni zamanda da onların tənqidi fikirlərindən nəticə çıxararaq növbəti dərslərdə qeyd edilən səhvləri təkrar etməməyə çalışıram.

Ucqar kənd məktəbində işləyən müəllimlərin İKT bilikləri o qədər də yüksək olmadığına görə müəllim həmkarlarımın təşkil etdikləri açıq dərslərdə, təqdimatların hazırlanmasında, dərslərin gedişatında İKT-dən istifadə olunmasında, əyani vəsaitlərin təşkilində yaxından köməklik göstərirəm.

 

Məktəbə yeni işə qəbul olunmuş digər gənc müəllimlərlə öz təcrübəmi bölüşür, yaxından dəstək olmağa çalışıram. Məktəbin, eləcə də metodiki birləşmə üzvlərinin metodiki mövzuları üzrə problemlərin həlli üçün yaradıcı qrupların təşkil edilməsində, Pedoqoji Şuranın iclaslarnda həmin qrupların layihələrlə çıxış etməsində yaxından iştirak edirəm. Bundan əlavə Müəllimlərin diaqnostik imtahanından zəif nəticə göstərmiş məktəbimizin iki İbtidai sinif müəllimi- Həsənova Zahidə və Şirinova Gülər müəllimə ilə dərsdən sonra təkil etdiyimiz hazırlıqda ixtisasım olan Azərbaycan dili ilə yanaşı, kurikulm üzrə də yardım edir, təcrübəmi bölüşürəm. Qonşu rayonların məktəblərinin müəllimləri ilə əməkdaşlıq çərçivəsində qazandığım pedoqoji təcrübəmi, müasir dərs metodları üzrə bilik və bacarıqları, yaşı daha çox olan müəllim həmkarlarımla bölüşürəm. Həmçinin, müasir dərslərin qurulmasında, dərslərin gedişatında rayon mərkəzi ilə ucqar kənd məktəbi arasında bir mentor xidmətini həyata keçirirəm.