Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
Örnək müəllim - Pərvin Əşari

Əşari Pərvin Zakir qızı – Musiqi müəllimi və peşəkar arfa ifaçısı

 

 

Uşaqlıqdan musiqiyə maraq göstərmişəm, ilk əvvəl 11 saylı musiqi məktəbini fortepiano ixtisasi üzrə bitirmişəm. G.G.Şaroyev adına 35 saylı 11 illik uşaq musiqi məktəbində arfa sinfində dərs almışam. Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasını bitirdikdən sonra ixtisasım üzrə vakansiya olmadığından özümü qrup yoldaşımın məsləhəti ilə bu sahədə sınamaq istədim. 2015-ci ildə Azərbaycan Respsublikası Təhsil Nazirliyinin müəllimlərin işə qəbulu imtahanından 50 bal yığaraq Xırdalan şəhər 7 nömrəli tam orta məktəbdə musiqi fənnini tədris etməyə başladım. Dərslərin mövzularına uyğun olaraq dərs metodlarım dəyişir,şəkillər, cd- yazılar, İKT-dən əlavə canlı musiqi ifalarına da yer verirəm.

 

Şagirdlərimin dünya görüşünün artması üçün onları bir çox musiqi mədəniyyət ocaqlarındakı konsertlərə, muzeylərə aparıram. Məsələn, Üzeyir Hacıbəyli, Bülbül, Qara Qarayev, Vaqif Mustafazadə, M.S.Ordubadi, Muzey Mərkəzinə, İçərişəhər tarixi memarlıq qoruğuna, Fəxri Xiyabana və s. ekskursiyalar təşkil etmişəm. Şagirdlərimi asudə vaxtlarında "Leyli və Məcnun" operasına baxmaq üçün M.F.Axundov adına Azərbaycan Dövlət Akademik Opera və Balet teatrına, Qara Qarayev adına Kamera Orkestrlə birgə solo ifamı ifasını dinləmələri üçün isə M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasına aparmışam. Dahi şairimiz İmadəddin Nəsiminin 650 illik yubileyinə həsr olunan Bülbülün memorial-ev muzeyində keçirilən tədbirdə şagirdlərimin çıxışlarını təşkil etmişəm. Azərbaycan Dövlət Televiziyası QSC-nin çəkdiyi kinorejissor Zeynəb Kazımova haqqında "Kinomuzda zərif izlər" adlı sənədli-filmdə rol almışam. Məktəbdənkənar musiqi təhsili alan və musiqi istedadlı şagirdlərimdən dərnək təşkil etmişəm və onlarla konsertlər hazırlayırıq. Musiqiyə gedən şagirdlərimi həvəsləndirmək məqsədi ilə xalq çalğı alətləri və qarmon ifaçılarının müsabiqəsini təşkil edib ən yaxşı ifaçıları diplomlarla təltif etmişəm. Abşeron Rayonunda "Oxu günü" və İ.Nəsiminin 650 illik yubileyinə həsr olunan tədbirdə şagirdlərimin çıxışına dəstək olmuşam. Dahi Bülbülün 120 illik yubileyinə həsr olunan tədbiri təşkil edib, Bülbül məktəbinin layiqli davamçısı Azərbaycanın əməkdar artisti Ramil Qasımovu şagirdlərimin daha yaxından tanıması ünsiyyətdə olması ilə mətkəbimizə qonaq dəvət etmişəm.

 

Müəllim həmkarlarıma hazırladıqları tədbirlərdə İKT və musiqi nömrələri ilə hər zaman kömək oluram. Məktəbimizin ədəbiyyat müəllimi Zülfiyyə müəllim ilə birgə Dövlət Bayrağı Gününə həsr olunan tam fərqli bir ampluada tədbir hazırlamışıq.