Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
Örnək müəllim - Həsənova Elnarə Fərman - Qazax-Tovuz RTİ

 

Əlimərdanlı kənd M.Musayev adına tam orta məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimi;

 

Diaqnostik qiymətləndirilmədən 48 bal toplayıb;

 

Sertifikasiya nəticəsi 49 baldır;

 

Şagirdi İsmayılova Nuridə 2020-ci ildə Respublika Fənn Olimpiadasında bürünc medal,2021-ci tədris ilində isə gümüş medal qazanmışdır;

 

2023-cü tədris ilində şagirdi Qasımova Mədinə Respublika Fənn Olimpiadasında qızıl medal qazanmışdır;

 

Qazax-Tovuz Regional Təhsil İdarəsi və Tovuz Rayon İcra Hakimiyyəti tərəfindən təhsil sahəsində göstərdiyi fəaliyyətinə görə Fəxri Fərmanla təltif olunub;

 

2023-cü il tarixində Elm və Təhsil Naziri cənab Emin Əmrullayevin müvafiq əmrinə əsasən Azərbaycan təhsilinin inkişafındakı xidmətlərə görə "Azərbaycan Respublika qabaqcıl təhsil işçisi " döş nişanı ilə təltif olunub;

 

Müəllimlərin XVI qurultayına iştirak edəcək heyətə üzv seçilmişdir.