Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
Örnək müəllim - Balayeva Zöhrə Sultan - Şəki - Zaqatala RTİ

 

A. Qədirov adına Suvagil kənd 2 nömrəli tam orta məktəbin ingilis dili müəllimi;

 

2021-ci ilin yanvar - aprel aylarında Şimali Karolina Dövlət Universiteti (ABŞ) 14 həftəlik intensiv virtual təlim proqramı üzrə İxtisas artırma təlimi keçmişdir;

 

( Hər il ölkə üzrə 100 ingilis dili müəllimi bu proqrama 3 mərhələli seçimlər əsasında seçilir) Proqramı fərqlənmə diplomu ilə bitirib. (ortalama 93%); 2021-ci ildə  Fulbrayt Təqaüdü proqramına müraciət etmiş 4 mərhələdən sonra təxminən 70 orta məktəb ingilis dili müəllim arasından seçilən iki müəllimdən biri olmuşdur;

 

Proqram üzrə 23 min ABŞ dolları təqaüdü qazanmış Balayeva Zöhrə 2022-ci il 13 sentyabr tarixindən etibarən ABŞ-da təhsil alaraq ölkənin təhsil sistemini müxtəlif təqdimatlar vasitəsilə təmsil etmişdir;

 

Proqram adı - Fulbrayt TEA( Mükəmməllik və Nailliyyət) Pedaqoji Proqramı Müddət - Sentaybr-Oktyabr 2022-ci il; 

 

Digər onlayn təlim proqramları : E-Twinning ilə Onlayn Öyrətmə və Öyrənmə Proqramı (80 saat- Nəticə 92%) 2. Media Savadlılığı Təlim (İngilis dili müəllimləri üçün) Fəaliyyət - Fasilitator 3. Psixologiya kursu - (Gürcüstan-Sloveniya)  2023-cü il yanvar-iyun ayları ərzində Şimali Karolina Dövlət Universiteti İngilis dili magistraturaya bərabər təlimdə, ADA universitetində keçirilən konfransda mentor kimi fəaliyyət göstərmişdir;

 

Hal hazırda virtual şəkildə Amerikanın Arizona Dövlət Universitetindən 150 saatlıq metodologiya (TESOL) təlimi alır. Məktəb layihələri :İngilis dili söhbət klubu;

 

2021-2022-ci illərdə Zaqatala rayonunda Amerika Konsulluğunun dəstəyi ilə FreeClub- a (ingilis dilində söhbət klubu) rəhbərlik etmişdir və həmin illər ərizndə xaricdə təhsil almaq istəyən Zaqatala-Qax-Balakən şagird, tələbə və ingilis dili müəllimlərə təhsil məsləhətçisi kimi dəstək göstərmişdir;